Accessibility links

İspaniyada karantindən sonrakı dövrdə koronavirusa rekord sayda yoluxma qeydə alınıb


İspaniyada son 24 saat ərzində 3715 yeni koronavirus infeksiyası aşkar edilib. Bu barədə Səhiyyə Nazirliyi məlumat verib. Çərşənbə günü ölkənin iyunun sonlarında ciddi karantindən çıxmasından sonra yeni gündəlik rekord qeyd alınıb.

Madrid 1535 yoluxma ilə infeksiya hallarında sıçrayışın mərkəzidir. Hər birində 470 yeni yoluxma halı qeyd edilən Bask torpaqları və Araqon bölgəsi sonrakı qaynar nöqtələrdir.

Eyni müddətə İspaniyada 14 nəfər ölüb. Bundan əvvəlki gün ölənlərin sayı 21 olub.

Nazirlikdən bildirilib ki, son yeddi gündə 131 nəfər virusdan dünyasını dəyişib.

Anticism testləri olan hallar da daxil olmaqla, artıq sağalmış xəstələrin sayı 370867-ə çatıb.

Ölkə daxilində maskaların məcburi istifadəsinə baxmayaraq, Avropa İttifaqının məlumatlarına görə, Qərbi Avropada ən yüksək yoluxma halları İspaniyaya aiddir. Həmçinin son 14 gündə hər 100 min nəfərə düşən ən çox yoluxma halları da İspaniyada müşahidə edilir.

Epidemiyanın yayılmasına nəzarət etmək üçün regional rəsmilər bir neçə həftə əvvəl yoluxmalar minimuma endiyi zaman gecə klubları və ictimai nəqliyyata dair aradan qaldırılmış məhdudiyyətləri bərpa etməyə başlayıblar.

Səhiyyə Nazirliyinin rəsmiləri yoluxma hallarının kəskin artmasını testlərin sayının artması ilə əlaqələndirib və dəfələrlə bildiriblər ki, ölkə hələ epidemiyanın ikinci dalğasını yaşamır.

XS
SM
MD
LG