Accessibility links

İspaniyada koronavirusa yoluxma halları yarım milyonu keçib


İspaniya Qərbi Avropada COVID-19-a yoluxma hallarının yarım milyonu keçdiyi ilk ölkədir. Dünya boyu ümumi yoluxma hallarının sayı 27.3 milyona, ölüm halları isə 893 minə çatıb

İspaniyanın Səhiyyyə Nazirliyindən verilən məlumata görə çərşənbə axşamı ölkədə 525,549 yoluxma, 41,643 ölüm halı qeydə alınmışdı. Cons Hopkinsin məlumatına əsasən isə, Fransada 367,174 yoluxma, 30,732 ölüm, Britaniyada isə 352,451 yoluxma, 41,643 ölüm halı qeydə alınıb.

Sosial mədəniyyət

İspaniya mart ayında pandemiyanın pik zamanında dünyada ən sərt karantin rejimi tətbiq edən ölkə idi. O zaman ölkə xəstəxanaları yeni koronavirus xəstələri ilə dolub daşırdı, gündəlik ölüm halları isə 800-ü keçirdi. Daha sonra pandemiya nəzarət altına alındı, lakin iyul ayında məhdudiyyətlər aradan qaldırıldandan sonra yeni yoluxma halları artmağa başladı.

Bəzi ekspertlər COVID-19 hallarının artmasına ölkədə sosial mədəniyyətin yüksək olmasının səbəb olduğuna inanır. Digərləri isə son zamanlarda yoluxma hallarının artmasının səbəbini yoluxmaların mənbələrini araşdırmamaq və karantini vaxtından əvvəl başa çatdırmaq qərarının olduğunu düşünür.

Cənubi Koreya

Cənubi Koreyada minlərlə həkim kursant üç həftə öncə başlatdıqları və ölkədə COVID-19-un yeni dalğası ilə mübarizəsini çətinləşdirən tətildən sonra çərşənbə günü işə geri dönüblər.

Tibb işçiləri avqustun 21-də hökümətin tibbi islahat proqramına etiraz etmək məqsədilə tətil etmişdi. İslahat proqramında tibb tələbələrinin sayını artırılması və yeni tibb məktəblərinin açılması nəzərdə tutulurdu. Tətil böyük xəstəxanalarda ləngimələr səbəb oldu, çünki rezidentura edən həkimlər xəstəxanalrın təcili yardm bölmələri və reanimasiya şöbələrində mühüm rol oynayırlar.

Cənubi Koreyada avqustun ortalarından bəri COVID-19-a yoluxma halları 100-dən çoxdur. Belə ki, bir müddət yoluxmalar ortalama 300 olsa da, son altı gündür 200-dən aşağı düşüb.

Çində

Bu arada isə Çin prezidenti Şin Tsinpin ölkəsinin pandemiya ilə mübarzəsini alqışlayıb.

Çərşənbə axşamı Pekinin Böyük Xalq Zalında keçirilən mərasimdə çıxış edən prezident Şi deyib ki, Çin virusa qarşı “açıq, şəffaf və məsuliyyətli” bir şəkildə cəld mübarizə apardı. Onun bu sözləri Birləşmiş Ştatlar və başqa Qərb ölkələrinin Pekinin virusun ciddiliyini ört-basdır etdiyinə dair ittihamları ilə təzad təşkil edir.

XS
SM
MD
LG