İspaniyada koronavirusdan ölənlərin sayı şənbə günü 20 mini keçib. Bu arada isə hökümər parlamentdən karantin rejimini üçüncü dəfə uzatmasını istəyib-istəməməyi nəzərdən keçirir.
Səhiyyə Nazirliyinin məlumatına görə, şənbə günü İspaniyada ölənlərin sayı 565 nəfər artıb. Bir gün öncə isə 585 nəfər ölmüşdü. COVID-19-a yoluxanların sayı 188.068-dən 191.726-ə çıxıb.
“Xəstəxanaya yerləşdirilən, ölən və reanimasiyaya yerləşdirilən insanların sayı son bir neçə gündür azalır” – deyə, səhiyyə sahəsində fövqəladə vəziyyət idarəsinin sədri Fernandi Simon mətbuat brifinqi zamanı bildirib. O, çox yaxında daha da kəskin azalmanın olacağına ümid etdiyini deyib.
Simon deyib ki, son üç həftədə aparılan sürətli testlərin sayı iki dəfə artdığı üçün o, koronavirusa yoluxma hallarında artımın olacağını gözləyir, lakin o, testl nəticələrinin vətəndaşlar arasında yoluxma dərəcəsinin aşağı olduğunu göstərdiyini bildirib.
İspaniya martın 14-dən başlayaraq sərt karantin tədbirləri görməyə başlayıb, bu həftə isə istehsal daxil olmaqla iqtisadiyyatın bəzi sahələrini işə salıb. Lakin bir çoxları hələ də, ərzaq alış-verişindən başqa heç bir məqsədlə evlərindən çıxmır.
Parlament aprelin 9-da fövqəladə vəziyyətin 15 gün daha uzadılmasını təsdiq edib. Sosialist baş nazir Pedro Sançez daha sonra fövqəladə vəziyyətin yenidən mayadək uzadılmasını istəyəcəyini demişdi.
İspaniyanın ictimai TVE kanalı şənbə günü bu ehtimalın yüksək olduğunu və qanunvericilərin çərşənbə günü bunun üzərində səsvermə keçirə biləcəklərini bildirib.
Simon deyib ki, Sançezin texniki müşavirə komitəsi karantikn rejiminin uzadılmasının tərəfdarıdır. Lakin o əlavə edib ki, səhiyyə sisteminin ikinci yoluxma dalğasına hazır olduğu müəyyən olunsa karantin tədbirləri tədricən yüngülləşdirilə bilər.
Madridin meri Hose Luis Martinez-Almedia Onda Cero radio stansiyasına deyib ki, mümkündür ki, İspaniyada böyük yığıncaq və tədbirlər payıza qədər qadağan olunsun.
İspaniyanın əmək naziri Yolanda Diaz cümə günü deyib ki, nazirlik iki mərhələli iqtisadi bərpa prosesini həyata keçirməyi planlaşdırır. İlk mərhələdə yaya qədər istehsal sahəsinin açılması, ikinci mərhələdə isə
Lakin son qərar səhiyyə rəsmilərindən asılı olacaq.