Accessibility links

İspaniyada leysan yağışlar daşqınlara səbəb olub, 4 nəfər ölüb


İspaniyanın cənub-şərqində iki gündür davam edən leysan yağışları nəticəsində azı 4 nəfər ölüb.

Təcili yardım xidmətləri cümə günü su basmış tunellərdə və hava limanında qalan insanları xilas edib, yerli dəmiryol şəbəkələri və magistral yollar bağlanıb.

Valensiya və Mursiya bölgələrində daşqınlar avtomobilləri və dağıntıları süpürüb aparıb.

Daşqınlara məruz qalmış bölgələrdəki bir çox insan məcburi olaraq evakuasiya edilib.

Bəzi ərazilərdə tunellər, yollar və nəqliyyat vasitələri demək olar ki, tamamilə suya qərq olub.

Xilasetmə dəstələri iki gün dayanmadan yağan leysan yağışlar səbəbindən Almeriyada su basmış tuneldən keçmək istəyərkən bir nəfərin, cümə axşamı isə daşqının sürükləyib apardığı avtomobildə iki qardaşın öldüyünü bildirib.

"Vəziyyət kritikdir, bütün şəhər suyun altındadır," deyə Mursiya bölgəsindəki Alkazares şəhərinin meri Mario Cervera İspaniyanın dövlət TVE kanalına bildirib.

Yerli su idarəsinin verdiyi məlumata görə, Alikantenin Orihoela qəsəbəsini artıq su basıb və Mursiya şəhəri sel təhlükəsi ilə üzləşir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG