Accessibility links

İspaniyada mərhum diktatorun cəsədi mavzoleydən çıxarıldı


Qohumları İspaniya diktatoru General Fransisko Frankonun qalılqarını mavzoleydən çıxarır. El Escorial, İspaniya. 24 oktaybr, 2018
Qohumları İspaniya diktatoru General Fransisko Frankonun qalılqarını mavzoleydən çıxarır. El Escorial, İspaniya. 24 oktaybr, 2018

İspaniya diktatoru General Fransisko Frankonun qalılqarı Madrid civarındakı dəbdəbəli mavzoleydən çıxarılıb. Qalıqlar paytaxtdan şimalda dəfn ediləcəyi kiçik ailə məzarlığına aparılıb.

Diktatorun cənazəsi helikopterdə Minqoburro qəbiristanlığına aparılıb.

Hökumətin bu ölçüsü İspaniyada on illər boyu qəzəb mənbəyinə çevrilmiş bir məsələyə son qoymuş olur. Belə ki, uzun illər çoxları vətəndaş müharibəsi dönəmində minlərlə adamın ölümünə bais olmuş bir şəxsin mavzoleydə dəfnindən qıcıqlarını ifadə edirdilər.

Çoxları Frankonun öz şərəfinə ucaltdığı bu mavzoleyi xalqa və demokratik İspaniya dövlətçiliyinə həqarət hesab edirdi.

General Franko İspaniyada mübahisəli siyasi irs qoyub gedib. Bir çoxları onu minlərlə adamın qətlində günahlandırır.
General Franko İspaniyada mübahisəli siyasi irs qoyub gedib. Bir çoxları onu minlərlə adamın qətlində günahlandırır.

Tabut mərmər daşların və iki tonluq qranitin altından çıxarıldıqdan sonra Frankonun ailəsinin xahişinə uyğun olaraq qısa dua oxunub. Daha sonra tabut 57 kilometr məsafədəki yeni mənzilinə uçurulub.

Diktatorun cənazəsi helikopterdə Minqoburro qəbiristanlığına aparılıb. Yaxınlıqdakı hərbi bazada düşürülən tabut maşında məzarlığa daşınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG