Accessibility links

İspaniyada miqrantlar və onların problemləri


İspaniyada miqrantlar və onların problemləri
please wait

No media source currently available

0:00 0:02:17 0:00

İspaniyada miqrantlar və onların problemləri

2015-ci ildə Avropanın miqrant böhranı dövründə Avropa İttifaqına üzv ölkələr iki il ərzində sığınacaq axtaran 160000 nəfəri qəbul edəcəyinə söz vermişdi. İspaniya hökuməti təqribən 18000 nəfəri qəbul etməyi vəd etmişdi. Beş il sonra İspaniya yalnız iki min insana siyasi sığınacaq verib. Bunun səbəblərindən biri bəzi ispanların ölkədə çoxu Afrikadan olmaqla miqrantların sayının çox olmasına qarşı çıxması ilə əlaqədardır.

2019-cu il İspaniyada sığınacaq müraciətləri 118 mindən artıq olaraq, rekord səviyyəyə çatıb, bu da rəqəm 2018-ci illə müqayisədə 2 dəfə çoxdur.

Amma İspaniyaya gələn miqrantların çoxu yenə də qaçqın statusu almır. Onlar qeyri-qanuni mühacirlər hesab edilirlər, bu isə onların inteqrasiyasını çətinləşdirir.

Anti-immiqrasiya siyasətçiləri bu siyasəti müdafiə edir.

"Onlar buraya qeyri-qanuni olaraq gəlir və buna görə də qeyri-qanuni şəkildə buraya gəlirlərsə, onlara rəsmi iş verilməsi mümkün deyil" - deyə, Mataronun Yerli Koordinatoru Xose Kasado bildirib.

Sığınacaq müraciətlərinin çoxu iqtisadi və siyasi böhran yaşayan Venesueladan gəlir.

Viza vermək məsələsinə gəldikdə, İspaniya hökumət məlumatlarına görə, Afrika ölkələrindən gələnlər deyil, latın amerikalılara üstünlük verilir. Latın amerikalıların afrikalılardan fərqli olaraq dil və mədəni əlaqələri var.

Fəallar bunu incə, qanuniləşdirilmiş irqçilik adlandırırlar.

"İllər ərzində irqçiliyin quruluşun özündə olduğunu başa düşdük. Yəni dövlət özü irqçilik yaradır, təkcə ictimai təhlükəsizlik qüvvələrində deyil, ictimai təhlükəsizlik qüvvələri də irqçi dövlət məntiqinə cavab verir" - deyə, Katalonya SOS İrqçilik qurumun nümayəndəsi Kaire Ba Dexuan bildirib.

İspaniyanın qeyri-rəsmi iqtisadiyyatında çalışan miqrantlar, xüsusən də icazəsiz qaçaq mal satan küçə satıcıları onları daim təqib edən polislər tərəfindən irqi profilləşmədən şikayətlənirlər.

Onlarda həmişə etibarsızlıq hissi mövcuddur.

"İnstitusional irqçilik irqçiliyin köküdür. Çünki dövlət məni qorumasa, dövlət mənim üçün heç nə etmirsə, onun polisi mənə hörmət etməyəcək, cəmiyyət mənə hörmət etməyəcək" - deyə, Küçə Satıcıları Birliyinin rəhbəri Daouda Dieye bildirib.

Barselonadakı bu mağazada geyim həm istehsal edilir, həm də satılır, lakin dükan həm də miqrant küçə satıcıları birliyinin əsas qərargahı rolunu oynayır. Təşkilatçılar vəziyyətləri barədə məlumatların eşidilməyəcəyindən narahatdır.

"Hakimiyyətdə olanlar artıq bilirlər ki, səs vermək üçün pasportumuz və ya Milli Şəxsiyyət Kartımız yoxdur və bu, onları narahat etmir" - deyə, Küçə Satıcıları Birliyinin rəhbəri Daouda Dieye bildirib.

İmkanların verilmədiyi bir sistemdə yaşamaq çətinləşir. Küçə satıcıları və ya fermalarda qeyri-qanuni işləmək İspaniyaya gəlməyi seçənlər üçün yeganə alternativ olub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG