Accessibility links

İspaniyada son bir sutka ərzində martın ortalarından bəri koronavirusdan ən az ölüm halı qeydə alınıb


İspaniyada bazar günü martın ortalarından bəri son bir sutka ərzində koronavirusdan ən az ölüm halı qeydə alınıb. Bu arada isə ölkə əhalisinin yarısı Avropada tətbiq olunan ən sərt karantin rejimlərindən birinin yüngülləşdirilməsinə hazırlaşır.

Səhiyyə sahəsində fövqəladə vəziyyət idarəsinin sədri Fernando Simon mətbuat konfransı zamanı bildirib ki, bazar günü 143 ölüm halı qeydə alınıb. Bu isə martın 18-dən bəri qeydə alınan ən aşağı rəqəmdir.

Son günlərdə müşahidə olunan azalma trendi davam edir”, o deyib.

Səhiyyə Nazirliyinin məlumatında görə, ümumilikdə ölüm halları bazar günü 26,621-ə, yoluxma halları isə 224,390-a çatıb.

Əhalinin 51 faizi bazar ertəsi dörd mərhələli yüngülləşdirmə planının birinci mərhələsinə daxil olacaq. Hökümət onların yaşadıqları regionların lazımı meyarlara cavab verdiyini müəyyən edib.

Barselonada insanlar açıq havada idman edir
Barselonada insanlar açıq havada idman edir

Həmin regionlarda 10-dan çox insanın bir araya toplanmasına icazə veriləcək və onlar region daxilində azad şəkildə hərəkət edə biləcəklər.

Kanar və Balearik adaları kimi regionlarda restoranlar, barlar və mağazalar az müştəri qəbul edərək fəaliyyət göstərə biləcək, idman salonları, muzeylər və otellər son iki ayda ilk dəfə olaraq qapılarını açacaq.

Lakin İspaniyanın iki ən böyük şəhəri Madrid və Barselona karantin rejiminin yüngülləşdirilməsi meyarlarına cavab vermədikləri üçün hələ də 0-cı mərhələdə qalırlar.

Birinci mərhələyə tam keçidə icazə verməyən bəzi regionların hökümətləri, o cümlədən Andalusia və Madrid regionları bu qərarı qınayıb.

“Bu, iqtisadiyyata zərbədir. Əgər hər şey ekspertlərin dediyi kimi davam etsə, virus hələ bir-iki il burada olacaq. Yəni səhiyyə xidməti hələ bunula uzun müddət məşğul olacaq, ona görə də biz növbəti mərhələyə keçməliyik”, Madrid regionunun prezidenti İsabel Diaz Ayuso bazar günü El Mundo qəzetinə müsahibəsində bildirib.

“It’s a blow for the economy,” Madrid regional President Isabel Diaz Ayuso said in an interview with newspaper El Mundo on Sunday.

Bazar günü Madridin Rio parkına çoxunun üzündə maska taxılı olan velosipedçilər, qaçan və yürüş edən insanlar toplaşıb, baxmayaraq ki, park bağlı olub.

XS
SM
MD
LG