Accessibility links

İspaniyada taksi sürücüləri etiraz edir


İspaniyada taksi sürücüləri etiraz edir
please wait

No media source currently available

0:00 0:01:35 0:00

Madriddə minlərlə taksi sürücüsü bazar ertəsi şəhərin mərkəzindəki Sol Meydanında Uber və Cabify kimi onlayn taksi sifarişi xidmətlərinə qarşı etiraz edib. Onlar bu xidmətlərin qaydalara əməl etmədiklərini və ədalətsiz rəqabətə səbəb olduqlarını söyləyir.

İspaniya və Portuqaliyanın bir çox yerindən taksi sürücülərinin toplaşdığı etiraz Madridin ən məşhur prospektinin blokadası ilə başlayıb.

İspaniyada taksi sürücüləri etiraz edir
İspaniyada taksi sürücüləri etiraz edir

İspaniya höküməti sentyabr ayında yeni qaydalar tətbiq etmək üzərində razılıq əldə edib. Bu qaydalara əsasən Uber və bənzər xidmətlərin sürücülərinin sayı hər 30 taksi sürücüsünə bir ilə məhdudlaşıdırılacaq.

"Biz taksi sektoru ilə kiçik münaqişədən daha böyük bir məsələdən bəhs edirik. Biz ictimai xidməti müdafiə etməkdən bəhs edirik. Bu gün bu taksidir, sabah ictimai səhiyyə sistemi və ya təhsil ola bilər. Bu, taksi ilə VTC sürücüləri arasında müharibədən daha dərin bir məsələdir. Biz təhlükəli iş şəratindən bəhs edirik. Hazırda taksi sürücülərinin apardığı mübarizə nəqliyyat, səhiyyə və təhsil kimi keyfiyyətli ictimai xidmət istəyən bütöv cəmiyyətin mübarizəsidir" – deyə, taksi sürücüsü Xose Cimenez bildirir.

Görək insanlar başa düşəcəkmi ki, bu gün taksi sektorunun başına gələnlər bir gün hər kəsin başına gələ bilər? Bütün sahələr, hüquqşünaslar filan taksi sürücüləri ilə eyni vəziyyətlə üzləşəcəklər. Bizi heç kəs dəstəkləmir. Biz yalnızıq.
Taksi sürücüsü

Bundan əlaqə yeni qayda İspaniyadakı regionlara bu xidmətlərlə bağlı öz qaydalarını tətbiq etmək imkanı yaradır.

"Görək insanlar başa düşəcəkmi ki, bu gün taksi sektorunun başına gələnlər bir gün hər kəsin başına gələ bilər? Bütün sahələr, hüquqşünaslar filan taksi sürücüləri ilə eyni vəziyyətlə üzləşəcəklər. Bizi heç kəs dəstəkləmir. Biz yalnızıq" – deyə, taksi sürücüsü Migel bildidir.

Taksi sürücələri bazar ertəsindən bəri tətil edir.

XS
SM
MD
LG