Accessibility links

İspaniyanın müxalifət lideri baş nazir seçilib


Müxalif sosialist lider Pedro Sançez qalib gələrək baş nazir vəzifəsində Mariano Rahoyu əvəz edəcək. Bu, qırx illik demokratiyada ilk dəfədir ki, hökümət lideri parlament tərəfindən vəzifəsindən çıxarılır.

Sançez parlamentin 350 yerlik aşağı palatasında keçirilən etimadsızlıq səsverməsində 180 səslə qalib gəlib. 169 nəfər onun əleyhinə səs verib, 1 qanunverici isə bitərəf qalıb.

Avropanın ən uzun müddət hakimiyyətdə qalan hökümət başçılarından biri olan Rahoy ötən həftə onun mənsub olduğu Xalq Partiyasının keçmiş üzvlərinə qarşı korrupsiya ittihamları irəli sürüləndən sonra səsvermədə məğlub olub.

46 yaşlı Sançezin andını İspaniya Kralı VI Flipp qəbul edəcək.

Səsvermədən sonra Rahoy Sançezə yaxınlaşaraq, növbəti liderin əlini sıxıb.

Cümə günü etimadsızlıq səsverməsindən öncə isə Rahoy İspaniya parlamentində deyib ki, o, baş nazir ikən etdikləri ilə qürur duyur.

“İspaniyanın əvvəlkindən daha yaxşı vəziyyətə gətirmək mənim üçün şərəfdir. Bütün ispaniyalılara təşəkkür edir, uğurlar arzulayıram,” o deyib.

XS
SM
MD
LG