Accessibility links

İspaniyaya gələnlər 2 həftəlik karantinə alınacaq


İspaniyada koronavirusa yeni yoluxma hallarının ölkəyə gətirilməsinin qarşısının alınması səyləri çərçivəsində xaricdən gələn insanların iki həftə ərzində karantində qalması tələb edilir.

Ölkədə yoluxmaların yayılmasının qarşısını almaq üçün yeddi həftə əvvəl tətbiq edilən ciddi təcrid qaydaları yumşaldılır. Bu məhdudiyyətlərin tətbiq edilməsinə səbəb İspaniyanın dünyada COVID-19-un qaynar nöqtələrindən birinə çevirilməsi idi.

Səhiyyə Nazirliyinin çərşənbə axşamı açıqladığı qərarında deyilir ki, karantin qaydaları cümə günü qüvvəyə minəcək və həm digər ölkələrdən gələn qonaqlara, həm də vətənə qayıdan İspaniya vətəndaşlarına şamil ediləcək.

İnsanlara 14 gün müddətində yalnız ərzaq alış-verişinə və ya tibbi yardım almaq üçün küçəyə çıxmaq icazəsi veriləcək.

Çin də daxili yoluxmaların kəskin azalması ilə bənzər strategiya həyata keçirməyə hazırlaşır. Hökumət təcrid qaydalarını yüngülləşdirir.

Hazırda dünya ölkələrinin hökumətləri öz strategiyalarını nəzərdən keçirirlər və virusun yayılmasını dayandırmaq üçün yeni tədbirlər tətbiq etməyin və ya insanlara normal həyatın bir hissəsini bərpa etməyə icazə verilməsinin vaxtı olub-olmadığını düşünür.

Sinqapurda bərbərxanalara, çörək sexlərinə və ya çamaşırxanalara getməyə icazə verilməyə başlanıb.

Hindistanda mart ayından bəri ilk dəfə bəzi qatar xidmətlərini bərpa edir. Sərnişinlər hərarət yoxlamasından keçməli və social məsafə qaydalarına riayət etməlidir.

Cənubi Koreya hakimiyyəti yoluxma hallarının yenidən başlamasından narahatdır və bu yaxınlarda Seulda yeni infeksiyaların çoxunun yarandığı gecə klublarında olan insanları izləməyə çalışır.

Rəsmilər çərşənbə axşamı qruplarının telefon və kredit kartı məlumatlarından istifadə edərək 2000-dən çox insanın yoxlanılması üçün izləməyə çalışdıqlarını açıqlayıb. Bu günə qədər gecə klublarında 100-dən çox təsdiqlənmiş hal qeydə alınıb.

XS
SM
MD
LG