Accessibility links

İsrail əsgərləri Qəzzə sərhədində iki fələstinlini öldürüb


Palestinian medics move a wounded woman, who was shot by Israeli troops during a protest at the Gaza Strip's border with Israel, into the treatment room of Shifa hospital in Gaza City, Friday, Feb. 8, 2019.
Palestinian medics move a wounded woman, who was shot by Israeli troops during a protest at the Gaza Strip's border with Israel, into the treatment room of Shifa hospital in Gaza City, Friday, Feb. 8, 2019.

İsrail qoşunları cümə günü Qəzzə ilə İsraili ayıran hasar boyu keçirilən nümayişlər zamanı iki fələstinli yeniyetməni güllələyərək öldürüb.

Səhiyyə Nazirliyi bildirib ki, 14 yaşlı Həsən Şalabi Qəzzə zolağının cənubundakı ərazidə keçirilən etirazda sinəsindən vurulub. 18 yaşlı Məhəmməd İştivi isə Qəzzə şəhərinin şərqində baş tutan etirazda boynuna vurulan güllə nəticəsində həyatını itirib.

Nazirlik əlavə 17 nəfərin yaralandığını da bildirib.

İsrail ordusu insidentlə bağlı şərh verməyib.

Cümə günü keçirilən etirazlarda minlərlə fələstinli iştirak edib. Onlar hasar boyu beş ayrı ərazidə toplaşaraq, sərhədin digər tərəfindəki İsrail qüvvələrinə daş atıblar. İsrail qoşunları isə cavab olaraq gözyaşardıcı qazdan istifadə edib və atəş açıb.

Qəzzənin Həmas idarəçiləri tərəfindən ötən həftə başladılan etiraz kampaniyası hər həftə davam edir. Nəticədə təxminən 190 fələstinli və bir İsrail əsgəri həyatını itirib. Zorakılıqlar nəticəsində bəzi hallarda sərhəddə raketlər atılıb və hava hücumları keçirilib.

Militant Həmas qrupu ərazidə 2007-ci ildən bəri tətbiq olunan İsrail-Misir blokadasına son qoyulmasını tələb edir.

Misir o zamandan bəri fələstinlilərin sərhədlərarası hərəkətini asanlaşdırıb, İsrail isə Qətərə Qəzzəyə maddi dəstək yollamağa icazə verib, lakin Həməs bunun yetərli olmadığını deyir.

İsrail Həməsi əsgərlərinə qarşı hücumlar həyata keçirmək üçün etirazlardan sui-istifadə etməkdə ittiham edir. Bu həftənin əvvəli İsrail hasarı möhkəmləndirməyə başlayıb və bu səbəblə Qəzzənin perimetri boyunca davam edəcək altı metr hündürlüyündə üzərinə sink çəkilmiş polad baryer düzəldir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG