Accessibility links

İsrail Ağ Ev yaxınlığında izləyici cihazlar yerləşdirdiyini inkar edir


İsrail Baş Naziri Benyamin Netanyahu ölkəsinin Ağ Ev yaxınlığında izləyici cihazlar quraşdırması barədə məlumatları inkar edərək bunun “tamamilə uydurma” olduğunu bildirib.

Amerikanın Səsinə danışan İsrail səfirliyinin sözçüsü də Politico xəbər saytının məlumatını rədd edərək “İsrail ABŞ daxilində espionaj əməliyyatları keçirmir” deyə bildirib.

İsrail ABŞ daxilində espionaj əməliyyatları keçirmir.
İsrailin ABŞ-dakı səfirliyi

Sayt yazır ki, ABŞ hökuməti yaxın müttəfiqi sayılan İsrailin yəqin ki, Ağ Evin nəzdində və başqa həssas yerlərdə tapılmış izləyici qurğular yerləşdirdiyinə inanır.

'StingRay' kimi tanınan kiçik izləyici cihazlar “güman ki, Prezident Donald Trampı izləmək üçün qoyulub,” Politico yazır. Lakin İsrail səylərinin müvəffəq olub-olmadığı aydın deyil.

Anonim mənbələrə istinad edəmn Politico cihazların bir müddət əvvəl tapıldığını yazır.

Son məlumatlar Netanyahunun İsrail seçkilərində qızğın yarışda rəqabət ərəfəsində açıqlanıb.

Habelə xəbər Trampın İranla bağlı Netanyahunun tutduğu mövqedən uzaqlaşması və İran Prezidenti Həsən Ruhani ilə mümkün görüşə işarə etməsi ilə eyni həftəyə təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Nazarbayev etirazlardan sonra ilk dəfə video müraciət yayımlayıb
please wait

No media source currently available

0:00 0:10:04 0:00
XS
SM
MD
LG