Accessibility links

İsrail Britaniya, Danimarka və Belçikaya səyahət qadağası tətbiq edir


İsrail bazar günü Britaniya, Danimarka və Belçikanı israillilərin səfər etməsi qadağan olunan ölkələrdən ibarət “qırmızı” siyahıya daxil etdiyini açıqlayıb və buna görə omikron variantının yayılmasını səbəb göstərib.

Bu üç ölkəyə tətbiq olunan qadağa çərşənbə axşamı qüvvəyə minəcək. Bu barədə İsrailin yüksək səviyyəli səhiyyə rəsmisi mətbuat konfransı zamanı bildirib.

İsrail COVID-19-a yoluxma hallarını azaltmaq üçün xaricilərin ölkəyə girişini qadağan edib və xaricdən geri dönən israillilərə 3-7 günlük özünütəcrid qaydası tətbiq edib.

Mətbuat konfransında İsrailin Səhiyyə Nazirliyinin ictimai sağlamlıq idarəsinin başçısı Şaron Alroy-Preis deyib ki, Britaniya, Danimarka və Belçika “omikront variantının əhəmiyyətli dərəcəyə yayılması” səbəbilə siyahıya daxil edilib.

Yüksək yoluxulucuğu olan variant aşkar olunandan bəri əksəriyyəti Afrikadan olmaqla, təxminən 50 ölkə İsrail tərəfindən “qırmızı” siyahıya əlavə olunub.

İsrailin səhiyyə rəsmiləri ölkədə omikrona 55 yoluxma halı qeydə alınıb. Israil sərt maska mandatları tətbiq etməklə yanaşı, vaksinasiya proqramını sürətləndirməyə çalışır.

XS
SM
MD
LG