Accessibility links

İsrail Demokrat Konqres üzvlərinin ölkəyə girişinə icazə vermədi


İsrail ABŞ Konqresində onun ən sərt tənqidçilərinin ölkəyə gəlişinə icazə verməyəcək. Bu haqda qərarı İsrail xarici işlər nazirinin müavini açıqlayıb.

“Qərar verilib - qərar onları ölkəyə buraxmamaqdır,” deyə Tzipi Hotoveli ABŞ Konqresinin üzvləri İlhan Ömər (D-Minnesota) və Rəşidə Tlaybın (D-Miçiqan) İsrailə səfərinə qoyulan qadağanı şərh edib.

ABŞ prezidenti Donald Tramp öncə İsraili Konqresə seçilmiş ilk müsəlman qadınlar Tlayb və Öməri ölkəyə buraxmamağa çağırmışdı.

Qərar verilib - qərar onları ölkəyə buraxmamaqdır.

Fələstinpərəst "BDS" Boykot, Divestisiya və Sanksiyalar hərəkatının dəstəkçilkəri kimi tanınan qadın Konqres üzvləri İsrailin sərt tənqidçiləri kimi tanınır.

İsrail qanunlarına görə, həmin hərəkatın tərəfdarlarına İsrailə giriş qadağan edilə bilər.

İsrail baş naziri Benyamin Netanyahu
İsrail baş naziri Benyamin Netanyahu

Bundan öncə İsrail baş naziri iki Demokrat Konqres üzvünün gələn həftə ölkəyə gəlişinə icazə verilməsi ilə bağlı yüksək rütbəli nazirlər və müşavirləri ilə məsləhətləşmələr aparmışdı.

"Mümkündür ki, İsrail səfərin hazırkı formatda baş tutmasına icazə verməsin," deyə hökumət rəsmisi baş nazir Benyamin Netanyahunun İlhan Ömər (D-Minnesota) və Rəşidə Tlaybın (D-Miçiqan) qarşıdan planblaşdırılan səfəri ilə bağlı məsləhətləşmələrini şərh etmişdi.

​Qüdsə və Qərb Sahilinə səfər etməyi planlaşdıran Demokratlar Ömər və Tlayb Birləşmiş Ştatlar prezidenti Donald Tramp tərəfindən tənqid olunublar.

Keçən ay İsrailin ABŞ-dakı səfiri Ron Dermer İsrailin Birləşniş Ştatlar Konqresi və ABŞ-İsrail münasibətlərinə hörmətlə yanaşdığına görə, həmin qadınların ölkəsinə səfərinə icazə verəcəyini demişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG