Accessibility links

İsrail miltantların raket hücumlarına hava reydləri ilə cavab verib


İsrail ordusunun bildirdiyinə görə, yaraqlıların yüzlərlə raket hücumuna cavab olaraq, keçən gecə Qəzza Zolağına hava hücumları həyata keçirib.

İsrail müdafiə qüvvələrinə məxsus qırıcı təyyarələrinin Həmas və fələstinlilərin Qəzzadakı İslamçı Cihad terror qrupunu hədəf aldığını bildirərək, Həması cəzalandırmağa söz verib.

İsrailin səhiyyə xidmətlərinin məlumatında Həmasın bazar ertəsi günortadan sonra keçirdiyi raket hücumları zamanı bir nəfərin öldüyünü bildirilib. Raketlərdən bəziləri “Dom” raket müdafiə sistemi tərəfindən vurulub.

Fələstin rəsmiləri İsrailin hava hücumları zamanı iki yaraqlı daxil olmaqla, üç nəfərin öldüyünü, doqquz nəfərin yaralandığını bildirib.

Briləşmiş Ştatlar Həmas tərəfindən zotakılıqları qınayaraq, İsrailin bu hücumlara qarşı özünümüdafiə hüququnu dəstəklədiyini bir daha təkrar edib.

İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi Parisə səfərini yarımçıq qoyub qayıtdıqdan sonra ordu rəsmiləri ilə görüşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG