Accessibility links

İsrail hərbi qüvvələri Suriyanın döyüş təyyarəsini vurub


İsrailin Patriot raket müdafiə sistemi
İsrailin Patriot raket müdafiə sistemi

İsrail hərbi qüvvələri Suriyanın döyüş təyyarəsini İsrailin hava hövzəsinə daxil olarkən vurduğunu bildirib.

İsrail hərbi qüvvələrinin sözçüsü general-leytenant Conatan Konrikus Suriyanın Suxoy döyüş təyyarəsinin “yüksək sürətlə” sərhədə yaxınlaşdığını və hərbi qüvvələrin təyyarə İsrailin hava məkanına daxil olarkən Patriiot tipli iki raketi atdığını deyib.

Suriyanın dövlət mediası təyyarənin Suriya ərazisində üsyançılara qarşı əməliyyatlarda iştirak edən zaman vurulduğu haqda məlumat verib.

“İsrailli düşmən silahlı terrorçu qruplara dəstəyini təsdiq edib və Suriya ərazisində Yarmuk hövzəsindəki Səidə bölgəsində bizim həmin qruplara zərbələr endirən təyyarəmizi hədəf alıb”, Suriya Ərəb xəbər agentliyinin məlumatında deyilir.

Qolan yüksəklikləri ərazisi
Qolan yüksəklikləri ərazisi

General-leytenant Conatan Konrikus bildirib ki, təyyarə çox güman Qolan yüksəklikləri ərazisinə düşüb. Təyyarənin İsrail hava məkanına bilərəkdən daxil olub-olmadığı məlum deyil. General-leytenant Konrikus təyyarənin pilotunun da taleyi haqda məlumatın olmadığını deyib.

O bildirib ki, İsrailin Suriya ilə sərhədində yüksək fəallığa görə hərbi qüvvələr yüksək hazırlıq vəziyyətinə gətirilib. Yüksək hərbi fəallıq nəticəsində İsrail iki ölkə arasında Qolan yüksəklikləri sərhədi boyu demilitarizasiya zonasının yaradılmasına dair 1974-cü ildə əldə edilmiş razılığın şərtlərinin pozulmamasına dair bir sıra xəbərdarlıqlar edib.

İsrail Qolan yüksəkliklərini Suriyada 1967-ci ildə alıb. BMT bundan iki il sonra ərazidə sülhümühafizə qüvvələri yerləşdirib.

XS
SM
MD
LG