Accessibility links

İsrail Hizbullahın tunellərini aşkar edib


İsrail Hizbullahın Livandan İsrailə terrorçu daxil etmək üçün inşa etdiyi tunellər şəbəkəsini dağıdır.

Baş nazir Benyamin Netanyahu deyib ki, sərhədlərarası terror tunelləri Hizbullah tərəfindən İranın birbaşa dəstəyi və maliyyələşdirməsi ilə inşa edilib.

“Onlar bir məqsədlə tikilib: günahsız israilli kişi, qadın və uşaqlara hücum edib, onları öldürmək üçün. Bu, İsrailin suverenliyinin və BMT Təhlükəsizlik Şurasının 1701 nömrəli qətnaməsinin pozulmasıdır. Bu, qəbuledilməz mənfur aqressiya aktıdır” - deyə, Netanyahu bildirib.

İsrail qazma və yığın işləri aparan avadanlıqlarını göstərən videolar yayıb. Onlar bu avadanlıqların “Hizbullahın hücum məqsədli sərhədlərarası tunel layihəsini həyata keçirmək üçün taktiki hazırlıqlar gördüyünü” bildirib.

Ordu Metula şəhərinin sakinləri onlara qazma səsləri eşitdiklərini söylədiklərindən sonra artıq dörd ildir ki, tunelləri müşahidə edir.

Hələ ki, Livan, Hizbullah və ya onların iranlı tərəfdarlarından heç bir cavab gəlməyib.

İsrail əsgərləri Livana keçməyib və Livan rəsmiləri İsraillə sərhəddə səssizliyin qorunub saxlandığını deyib.

XS
SM
MD
LG