Accessibility links

İsrail parlamenti bazar günü yeni hökuməti seçəcək


Naftali Bennett
Naftali Bennett

İsrailin ən uzun müddət, 12 illik baş naziri olmuş Benyamin Netanyahunun vəzifə müddəti bazar günü, parlament gözlənildiyi kimi yeni hökumətin lehinə səs verdiyi təqdirdə, başa çata bilər.

Parlamentin spikeri və Netanyahunun müttəfiqi olan Yariv Levin səsvermənin nə zaman keçiriləcəyini çərşənbə axşamı sağçı, solçu, mərkəz və ərəb partiyalarından ibarət koalisiyanın yarandığını etiraf edəndən bir gün sonra açıqlayıb.

Kövrək alyansa səkkiz partiya daxildir. Onlar 120 üzvlük Knessetdə cüzi səslə çoxluğa sahib idilər. Netanyahunun tərəfdarları tərəfindən aqressiv kampaniyaya, o cümlədən ölüm təhdidlərinə və qanunvericilərin evlərinin önündə nümayişlərə baxmayaraq koalisiya dağılmayıb.

Koalisiyanın lideri Yair Lapid və ultramillətçi siyasətçi Naftali Bennet Netanyahu devirmək üçün rəqabət aparırlar. Amma onlar ilk öncə bazar gününə təyin olunan parlamentdəki səsvermədən keçməlidirlər və bundan qısa müddət sonra and içərək vəzifənin icrasına başlaya bilərlər.

İlk iki il baş nazir vəzifəsini Bennett yerinə yetirəcək, ondan sonra isə vəzifənin başına mərkəzçi Lapid keçəcək.

Hakimiyyətin Netanyahudan ötürülməsi Qüdsdə fələstinli etirazçılarla İsrail polisi arasında toqquşmaların İsrail şəhərlərində etnik zorakılıqlara və Qəzza zolağında 11 günlük müharibəyə səbəb olmasından bir neçə həftə sonraya təsadüf edir.

XS
SM
MD
LG