Accessibility links

İsrail polisi onlarla anti-Netanyahu etirazçısını həbs edib


İsrail polisi cümə günü verdiyi açıqlamada "ictimai qarışıqlıq və narahatlıqlar törədən" Netanyahu əleyhinə 55 etirazçısını həbs etdiyinii söyləyib.

Həbs olunan bir qadın polisə ivrit dilində "Siz sistemin kuklasısınız!" - deyə qışqırıb.

Minlərlə müxalif etirazçı cümə axşamı polis nəzarəti altında Baş Nazir Benyamin Netanyahunun iqamətgahının qarşısında toplaşıb. Polis onları metal barrikadalarla ayırıb.

Plakatların birində ivrit dilində "Gəlin, bu hamımız üçündür " şüarı yazılıb.

İsrail polisi tərəfindən yayılan videoda küçədə böyük izdihamın toplaşdığı, daha sonra isə polis maşınının etirazı dağıtmaq üçün onların üzərinə maye püskürtdüyü görüntülənib.

Qüdsdəki anti-Netanyahu nümayişçiləri Baş Naziri korrupsiyada ittiham edir.

Onlar hökumətə yeni səlahiyyət verən son qanun layihəsinə görə etiraz ediblər. Qanun layihəsinə əsasən, hökumət parlamentin təsdiqi olmadan koronavirusla mübarizə üçün fövqəladə tədbirlər görə bilər.

İsrail daha öncə COVID-19-u nəzarət altına ala bilmişdi, lakin infeksiyalarda yenidən kəskin artım müşahit olunur. Belə ki, orada hər gün 2000 yeni yoluxma halı qeydə alınır.

Bu arada isə ölkədə işsizlik 20 faizdən yuxarı səviyyəyə çatıb.

XS
SM
MD
LG