Accessibility links

İsrail Prezidenti Netanyahuya hökuməti formalaşdırmağı tapşırıb


İsrail Prezidenti Reuven Rivlin çərşənbə axşamı yeni hökumət qurmaq üçün Baş Nazir Benyamin Netanyahunu seçdiyini açıqlayıb.

Ölkədə iki il ərzində dördüncü olan 23 mart seçkiləri heç bir partiyanın çoxluq qazanmaması və ya rəhbər koalisiya qurmaq üçün kifayət qədər dəstək almaması ilə nəticələndi.

Netanyahunun zərurət yaranacağı təqdirdə müddətin iki həftə daha uzadılması haqda müraciət etmək imkanı olmaqla koalisiyanı bir araya gətirmək üçün 28 gün vaxtı var.

Bu müddət ərzində heç bir hökumət təşkil edilməsə, Rivlin koalisiya qurmaq vəzifəsini başqa namizədə tapşıra bilər.

Rivlinin 120 üzvlü Knessetdə yer alan partiyalarla keçirdiyi əvvəlki məsləhətləşmələr zamanı Netanyahu 52, sabiq Maliyyə Naziri Yair Lapid 45, sabiq Müdafiə Naziri Naftali Bennetin isə yeddi qanunvericinin tövsiyəsini alıb.

Netanyahu korrupsiya və fırıldaq ittihamları ilə mühakimə olunur. O irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyib.

Rivlin çərşənbə axşamı çoxlarının cinayət məsuliyyətinə cəlb olunan bir namizədin baş nazir olmaq üçün uyğun olmadığına inandığını bildiyini, ancaq qanunda “baş nazir ittihamlarla üzləşdiyi zaman da öz vəzifəsinə davam edə bilər” deyildiyini bildirib. Rivlin qərar verərkən davam edən mühakimənin faktor olmadığı inandığını deyib.

XS
SM
MD
LG