Accessibility links

İsrail Qəzzədən raket hücumlarına “ağır zərbələrlə” cavab verməyə söz verir


Fələstin militantları Qəzzə zolağından yüzlərlə raket buraxıb, İsrailə isə Qəzzə boyu hava hücumları keçirib. Münaqişədə azı səkkiz fələstinli və üç israilli öldürülüb.

Raketlər barədə xəbər verən sirenaların səsi bütün şənbə günü və bazar gününə keçən gecə davam edib. Qəzzə sərhədi yaxınlığında yaşayan israillilərin bomba sığınacaqlarına keçməsi üçün 15 saniyə vaxtları var. İsraillilərdən biri evinə raketin düşməsi nəticəsində ölüb. Digəri isə raket İsrailin cənubundakı Aşkelon şəhərindəki zavodu düşən zaman ölüb.

Buna cavab olaraq İsrail Qəzzədə Həmas və İslamçı Cihad qruplarının hədəf alındığı raket hücumları keçirib.

İsraillilər Qəzzədən atılmış raket nəticəsində dağılmış evlərinin qarşısında dayanıb, Aşkelon, 5 may, 2019.
İsraillilər Qəzzədən atılmış raket nəticəsində dağılmış evlərinin qarşısında dayanıb, Aşkelon, 5 may, 2019.

İsrail raketlərin İslamçı Cihad tərəfindən atıldığını bildirsə də, zorakılıqlara görə məsuliyyəti Qəzzəyə nəzarət edən Həmasın üzərinə atıb.

Baş nazir Benyamin Netanyahu quruda mümkün müdaxiləyə hazırlıq məqsədilə ilə Qəzzə ilə sərhədə əlavə əsgəri qüvvə göndərilməsi haqda göstəriş verib.

İsrailin hava hücumları nəticəsində evi dağılmış fələstinli, Qəzzə şəhəri, 5 may, 2019.
İsrailin hava hücumları nəticəsində evi dağılmış fələstinli, Qəzzə şəhəri, 5 may, 2019.

Münaqişə Həmas və İslamçı Cihad liderlərinin Qahirədə Qəzzədə uzunmüddətli atəşkəsə gətirib çıxaraca biləcək razılaşmanı müzakirə etdiyi zaman baş verib.

Son həftələrdə baş vermiş ən intensiv zorakılıqlar həm də müsəlmanların müqəddəs Ramazan ayının başlamasından bir neçə gün əvvələ və İsrailin Müstəqillik Günü ərəfəsinə təsadüf edir.

İsrail həmçinin bu ayın ortalarında Eurovision mahnı müsabiqəsinə ev sahibliyi edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG