Accessibility links

İsrail-Qəzza sərhədindəki həyat - Instagram gözü ilə


İsrail-Qəzza sərhədindəki həyat - Instagram gözü ilə
please wait

No media source currently available

0:00 0:01:50 0:00

İsrail-Qəzza sərhədindəki həyat - Instagram gözü ilə

Yanan ərazilər, atılan raketlər, etirazlar: Bunlar Instagram üçün səciyyəvi səhnələr deyil.

İnstagram sosial media platformasını adətən filtrlənmiş mükəmməlliklə assosiasiya edirlər. Lakin, İsrail-Qəzza sərhədinin əks tərəflərində yaşayan gənc qızlar isə bu sosial şəbəkədən sirenlər və hava hücumları ilə əhatə olunmuş həyatlarının həqiqi reallığını çatdırmaq üçün istifadə edir.

"Biz hər gün yaşadığımız həyat haqqında məlumatları paylaşmaq üçün İnstagram hesabı açmışıq." - deyə, 16 yaşlı Kerem Şalom sakini Meşi Almazkes bildirib.

"Bu son 7 ay ərzində bizim reallığımızdır. Biz hər gün bu hadisələri yaşayırıq. İsraildəki digər yerlərində yaşayan dostlarım var. İnsanlar bilmirlər ki, bu bizim mart ayından bəri yaşadığımız reallıqdır. Onlar bizi görməməzlikdən gəlirlər." - deyə, Li Kohen qeyd edib.

Meşi Almazkes və Li Kohen "Qəzza ətrafı" təşəbbüsünü başladan yeniyetmə qızlardan ibarəti bir qrupunun üzvləridir.

İsrailin Misir və Qəzza ilə sərhədində yerləşən Kerem Şalom adlı qəsəbənin gündəlik həyatını sənədləşdirən bu təşəbbüs oktyabr ayından başlanılsa da artıq İnstagram 90 mindən çox izləyici toplaya bilib.

Sərhədin tikanlı məftillərindən çox da uzaq olmayan bu qəsəbədən paylaşılan fotolar digərlərindən daha fərqlidir.

Fatma Abu Musabbeh üçün İnstagram platforması şəhərinin stereotiplərinə etiraz etmək üçün bir imkandır.

"Mən İnstagram vasitəsilə müharibə, dağıntılar kimi medianın Qəzza ilə bağlı dünyaya təqdim etdiyi və insanların sahib olduqları stereotipləri dəyişmək istəyirəm. Mən telefonumun kamerası ilə ətrafımdakı təbiəti, rəngləri və var olan həyatı göstərən gözəl fotolar çəkməyə çalışıram." - deyə, Fatma Abu Musabbeh bildirib.

Münaqişəyə göstərilən beynəlxalq diqqət İsrail höküməti ilə Həmas arasında atəşkəsin bərqərar olmasına səbəb olsa da, hər iki tərəfin İnstagram istifadəçiləri şəbəkəyə foto yükləməyə davam edir və növbəti böhranın baş verəcəyi günü gözləyir.

XS
SM
MD
LG