Accessibility links

İsrail seçkisinin nəticələri dalana dirənib


Çərşənbə gününə qədər hesablanan səslər onu göstərir ki, İsrailin iki əsas siyasi partiyasından heç biri 120 yerlik Knessetdə çoxluq koalisiyasını yaratmaq üçün lazım olan 61 yeri əldə edə bilməyib.

Likud partiyasına mənsub olan baş nazir Benyamin Netanyahu çərşənbə günü tərəfdarları önündə çıxış edərkən nə qələbəsini elan edib, nə də məğlub olduğunu deyib. O bildirib ki, gələn günlər ərzində ərəb partiyalarının daxil olmadığı “güclü sionist hökümət” yaratmağa çalışacaq.

Benni Qantz
Benni Qantz

Onun rəqibi və İsrail ordusunun keçmiş başçısı, Mavi və Ağ partiyasından Benni Qants tərəfdarlarına deyib ki, o, “xalqın istəklərini ifadə edən geniş birlik höküməti” yaratmağa çalışacaq.

Yekun nəticələr bəlli olandan sonra prezident Reuven Rivlin hər iki partiya başçısı ilə məsləhətləşəcək və Netanyahu, ya da Qantzı hökümət yaratmağa çağıracaq.

Ötən dəfə olduğu kimi bu dəfə də höküməti bəlli edən Rusiyanın dəstəklədiyi Yisrael Beitenu partiyasının başçısı, müdafiə naziri Aviqdor Liberman olacaq. O, ultra-ortodokslar və digər kiçik partiyaların olmadığı, Netanyahunun Likud partiyası, Qantzın Mavi və Ağ və özünün partiyasının daxil olduğu birlik hökümətə üstünlük verir.

Aviqdor Lieberman və Benyamin Netanyahu
Aviqdor Lieberman və Benyamin Netanyahu

Qantz keçən seçkidən sonra demişdi ki, o bu cür hökümətə Netanyahu Likudun lideri vəzifəsində istefa verdiyi təqdirdə isti yanaşa bilər. Netanyahu bir sıra korrpusiya, o cümlədən fırıldaqçılıq və etimaddan sui-istifadə itthamları ilə üzləşir.

Netanyahu böyük əksəriyyəti əldə edəcəyinə ümid, bir çoxları da onun özü üçün toxunulmazlıq qanunun irəli sürıcəyini ehtimal edirdi.

Qüdsə yerləşən Şalom Hartman İnstitutundan Yossi Klayn Halevi deyib ki, bu seçki Netanyahunun lehinə və əleyhinə səsvermə idi.

XS
SM
MD
LG