İsrail Dəməşqin Rusiya tərəfindən dəstətklənən qüvvələrinin yerləşdiyi bölgədə havadan müdafiə sistemindən istifadə edib.
Moskva isə İsrailin baş naziri Benyamin Netanyahu ilə təcili görüş üçün oraya nümayəndələr göndərdiyini bəyan edib.
Baş nazir Rusiyanın xarici işlər naziri Sergey Lavrov və silahlı qüvvələrin baş komandanı, general Valeri Qerasimovla görüşməlidir.
Suriya prezidenti Bəşar Əsəd qüvvələrinin cənubda rəqib döyüşçülərə qarşı quru əməliyyatlarının onları İsrailin işğalı altında olan Qolan təpələrinə yaxınlaşdırması İsraili narahat edir.
Bu arada Suriyadakı “Ağ dəbilqəlilər” adlı humanitar təşkilatın 800-dək üzvü İsrail hərbçilərinin müşayiəti ilə Suriyanın cənubundan İordaniyaya köçürülüb.
Suriya ordusu hazırda İsrailin nəzarətində olan Qolan təpəlikləri ilə sərhəddə mövqe tutub.
Razılaşmaya görə, müxalifət döyüşçüləri ya silahı yerə qoyur, ya da ki, Suriyanın şimalına çəkilir.
İsrail ordusu bəyan edib ki, “Ağ dəbilqəlilər” təhlükədə olduqlarına görə, onları müşaiyət edib.
İsrail hesab edir ki, onlar Suriya hökumətinin əlinə keçə bilərdilər.
Evakuasiya ABŞ, Kanada və bir sıra Avropa ölkələrinin xahişi ilə keçirilib.
İordaniya hakimiyyəti əməliyyatı təsdiqləyib və onların artıq ölkə ərazisinə keçdiklərini bildirib.
Mülki müdafi təşkilatı olan “Ağ dəbilqəlilər” 2013-cü ildən Suriya müxalifətinin nəzarətində olan rayonlarda fəaliyyət göstərir, insanlara yardım edirdilər.