Accessibility links

İsrail və Qəzzadakı militantlar arasında son illərin ən tələfatlı döyüşü baş verib


İsrail və Qəzzadakı militantlar arasında son illərin ən tələfatlı döyüşü baş verib
please wait

No media source currently available

0:00 0:02:29 0:00

İki gün davam edən ağır döyüşlərdən sonra bazar ertəsi İsrail ilə fələstinli militantlar arasında atəşkəs əldə olunub. Ən son döyüşlər nəticəsində azı 24 fələstinli və 4 israilli həlak olub. Atəşkəs qüvvəyə minmədən öncə İsrail Fələstin sahilinə “böyük”hücumlar edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Bazar günü İsrail-Qəzza sərhədində baş verən müqanişədə hər iki tərəfdə ölənlərin sayı artıb. Ölənlər arasında Həmasın komandiri Həmid Əhməd Əl-Xodarinin olduğu deyilir. İsrail onu İrandan Qəzzadakı militantlara pul köçürməkdə günahlandırır. Xodari maşınına “hədəfli hücum” nəticəsində ölüb. Bu, İsrailin 2014-cü ildən bəri həyata keçirdiyi ilk “hədəfli hücum” olub.

İsrail Silahlı qüvvələri İsrail vətəndaşlarını Qəzzadan İsrailə atılan raketlərə qarşı qorumaq məqsədilə Həmasa qarşı döyüşməyə hazırdır.
Conatan Konrikus

İsrail ordusu bildirir ki, cümə günündən bəri İsrailin cənubuna 600-dən çox raket atılıb və İsrail Həmas və İslamçı Cihad militant qruplarına bağlı 260 mövqeni hədəf alıb.

“İsrail Silahlı qüvvələri İsrail vətəndaşlarını Qəzzadan İsrailə atılan raketlərə qarşı qorumaq məqsədilə Həmasa qarşı döyüşməyə hazırdır”, İsrail ordusunun sözçüsü Conatan Konrikus bildirib.

Sərhəd boyu döyüşlər noyabr ayından bəri baş verən ən ciddi döyüşdür. İsrail rəsmiləri bu son zorakılıqların İslamçı Cihad snayperinin İsrail qoşunlarına atəş açması nəticəsində başladığını bildirir. İslamçı Cihad İsraili zorakılıqlar və Qəzzanın iqtisadi çətinliklərinə son qoymaq üçün nəzərdə tutulan razılığı tətbiq etməməkdə günahlandırır.

Baş nazir Benyamin Netanyahu bazar günü deyib ki, o, orduya Qəzzanın miltant qruplarına qarşı “kütləvi hücumlar” həyata keçirməsinə dair göstəriş verib.

“Bu səhər mən İsrail Silahlı Qüvvələrinə Qəzzadakı terrorçulara qarşı kütləvi hücumları davam etdirmələrinə dair göstəriş vermişəm, həmçinin Qəzzə ətrafındakı qüvvələrin tank, artilleriya və piyada qüvvələri ilə dəstəklənməsi barədə təlimat vermişəm. Həmas təkcə öz hücumları deyil, İslamçı Cihadın etdiyi hücumlara görə də cavabdehdir və buna görə ağır bədəl ödəyir” – deyə, Netanyahu bildirib.

Qəzza
Qəzza

Birləşmiş Ştatlar da İsrailin ərazisini müdafiə etmək haqqına sahib olduğunu bildirir.

“Mən videonu izləmişəm, amma biz bu videonu hələ ki, təsdiqləyə bilmərik, lakin evlər, mülki vətəndaşlara qarşı hücumlar olub. Bu raketlər atılarkən onların yanında mülki vətəndaşlar olub ki, cavab atəşi açılmasın. Bu dəhşətlidir. İsraillilər ölkələrinin suverenliyini qorumaq haqqına sahibdir və mən ümid edirəm ki, biz həfətlərdir davam edən atəşkəsi bərpa edə bilərik”, ABŞ dövlət katibi Mayk Pompeo deyib.

İsrail-Fələstin sərhədində ən son döyüşlər müsəlmanlarln müqəddəs Ramazan ayını qeyd etdiyi, İsrail isə müstəqillik gününə hazırlıqlar apardığı vaxta təsadüf edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG