Cümə günü İsraildə dini tonqal festivalında yaşanan izdihamda onlarla insan əzilərək həyatını itirib. Son məlumatlara görə, 103 yaralı var.
Baş nazir Benyamin Netanyahunun hadisəni "ağır bir fəlakət" adlandırıb.
On minlərlə ultra-ortodoks yəhudi 2-ci əsrdə yaşamış müdrik ravvin Şimon Bar Yoçainin türbəsində gecə boyu ibadət edib mistik mahnılar və rəqslər etməyə çalışarkən böyük bir sıxlıq yaranıb.
Şahidlərin sözlərinə görə insanlar keçiddə nəfəssiz qalıb və ya bir birini tapdalayıb. COVID-19-la əlaqədar edilən xəbərdarlığına baxmayaraq izdiham Meron Dağı yamacına axışıb.
Magen David Adom (MDA) təcili yardım xidmətinin verdiyi məlumata görə, yaralılar helikopterlərlə İsrailin şimalındakı xəstəxanalara çatdırılıb. İsrail ordusu bildirir ki, axtarış xilasetmə qrupları və tibbi işçilər əraziyə güclə çata bilib.
Təcili yardım əməkdaşları izdihamın vəlvələyə düşməsi nəticəsində 103 nəfərin yarlandığını xəbər vərir. .
Yerli media qurumu Kanal 12 ölənlərin sayının 40 olduğunu xəbər verir. Onların arasında uşaqların da olduğu bildirilir.
"Biz dayanmışdıq və dostlarımızı gözləyirdik, rəqs və əşyalar üçün içəri girəcəkdik və birdən MDA-nın qaçan tibb işçilərini gördük, onlar uşaqlara süni tənəffüs tətbiq edirdi" deyə şaid Şlomo Katz Reuters agentliyinə bildirirb.
Dini yerdə qadınlarla kişilər ayrıldığına görə, yayılan videolarda hadisənin kişilərin toplaşdığı hissədə baş verdiyi görünür.
Sosial mediada yayımlanan videolarda ultra-ortodoks kişilərin əzilməkdən xilas olmaq üçün dəmir boşluqlara dırmaşaraq əzilməkdən qurtulmağa çalışdıqları görünür. Cəsədlərin bir çoxu falqalara bükülərək dəhliz boyu düzülüb.
Yitzhak adlı bir zəvvar Kanal 12-ə bildirib ki, "Şübhəli bir paket səbəbi ilə bomba siqnalı olduğunu düşündük. Heç kim bunun burada baş verə biləcəyini düşünmürdü. Sevincimiz yasa qərq oldu, böyük bir işıq dərin bir qaranlığa çevrildi".
Xilasetmə işçiləri axtarış aparmağa çalışarkən, polis ərazini bağlayıb, və insanların bayıra çıxmasını əmr edib.
Meron Dağı türbəsi yəhudi dünyasının ən müqəddəs yerlərindən biridir və hər il ora ziyarətgaha çevrilir.
Keçən il Meron Dağıdakı xüsusi tonqallar koronavirus məhdudiyyətləri səbəbilə qadağan edilsə də, bu il İsrail əhalisinin 54 faizi peyvəndləndiyi üçün məhdudiyyətlər azaldılmağa başlayıb.