Accessibility links

İsrailin Aya missiyası qəzaya uğrayıb


İsrailin Aya missiyası qəzaya uğrayıb
please wait

No media source currently available

0:00 0:01:41 0:00

ABŞ Ayın səthinə ilk dəfə 50 il öncə ensə də, bunu etmək heç zaman asan olmayıb, olmayacaq da. İsraillilər də bu yaxınlarda bunun nə qədər çətin olduğunu anlayıb.

Bu, aprelin 11-də Aya enməyə hazırlaşan 585 kiloqlarmlıq pilotsuz kosmik gəmi Bereşitin maketidir.

Bereşit fevral ayında Space X raketinin içində ABŞ-da Keyp Kanaveraldan fəzaya qalxıb.

Beresheet-in çəkdiyi şəkil - Ayın səthi
Beresheet-in çəkdiyi şəkil - Ayın səthi

Lakin kosmik gəmi eniş prosesinə başlayanda Yer kürəsinə bu fotonu yollayandan dərhal sonra bir problem yaşanıb.

Kosmik gəmidən məlumat daxil olmamağa başlayıb və bir neçə dəqiqədən sonra Bereşitin artıq parçalandığı aydın oldu.

“Biz teleölçü məlumatlarına ilkin nəzər yetirdik. Belə görünür ki, ilkin ölçü vahidlərimiz kosmik gəminin avionikində bir sıra problemlərə yol açıb və avionik də öz növbəsində mühərriklərin fəaliyyətini dayandırıb və missiyanın itməsinə gətirib çıxarıb”, SpaceIL-in baş meneceri Ofer Doron bildirib.

Kosmik gəminin Ayın səthinə çırpıldığı anın görüntüləri İsrail boyu bütün televiziyalarda canlı yayımlanıb.

İsrail Aya enən üç digər ölkənin sıralarına daxil olmağa ümid bəsləyirdi. Bunlar , ABŞ, Sovet İttifaqı və Çindir.

Birinci dəfə uğur əldə etmirsənsə, bir daha cəhd etməlisən.
Benyamin Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu da qəza anını izləyib. O deyib ki, bu, Aya eniş proqramının baş çatdırılacağı demək deyil.

“Birinci dəfə uğur əldə etmirsənsə, bir daha cəhd etməlisən”, Netanyahu söyləyib.

Bu hadisə bir daha Aya gedib çıxmağın nə qədər də çətin olduğunu göstərir. Çinlilər ilk kosmik gəmilərini Aya bu ilin əvvəli endirib.

ABŞ-ın kosmik agentliyi NASA 2024-cü ilədək Aya yeni avtomatik planetlərarası stansiyalar, 2028-ci ilədək isə Ayın səthinə insanları göndərməyi planlaşdırır.

XS
SM
MD
LG