İsrailin baş naziri Naftali Bennet bazar günü Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Bennet iki ölkə arasında münasibətlər ötən il rəsmiləşəndən bəri BƏƏ-yə ilk səfəri çərçivəsində körfəz ölkəsinin de-fakto idarəçisi ilə görüşəcək.
Bu səfər dünya qüdrətləri İranla nüvə razılığını bərpa etməyə çalışdığı bir vaxt regionda gərginlin artdığı vaxta təsadüf edir. İsrail və körfəzdəki bəzi ərəb ölkələri İranın regiondakı fəaliyyətlərindən narahatdırlar.
“Mən bu gün Birləşmiş Ərəb Əmirliklərinə gedəcəm. Bu, İsrail baş nazirinin ilk belə bir səfəridir,” Bennet bazar günü kabinetinin iclası zamanı bildirib.
Əbu-Dabi bu məlumatı dərhal təsdiqləməyib.
BƏƏ Bəhreyn, Sudan və Mərakeş ABŞ-ın dəstəklədiyi “İbrahim Razılığı” təşəbbüsü altında İsraillə münasibətləri normallaşdırıblar.
Bennetin bazar günü səfəri İsrail baş nazirinin bu ölkələrdən birinə ilk səfəri olacaq. Onun sələfi, İbahim Razılığını imzalayan Benyamin Netanyahunun planlaşdırdığı səfərləri daha sonra təxirə salınmışdı və İsrail buna görə COVID-19-la əlaqədar səfər məhdudiyyətləri və İordan ərazisi üzərindən uçuş təşkil etməkdə yaranan çətinlikləri səbəb göstərmişdi.
Bennet bazar ertəsi Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed əl-Nahyanla görüşəcək. Bu barədə İsrail baş nazirinin ofisi məlumat verib.
İsrailin açıqlamasında bildirilir ki, iki lider əlaqələrinin dərinləşdirilməsini müzakirə edəcək və əsas diqqəti firavanlıq, rifah və iki ölkə arasındakı sabitliyin gücləndiriməsinə töhfə verəcək iqtisadi məsələlərə yönəldəcək.