Accessibility links

İsrailin baş naziri neft tankerinə hücuma görə İranı günahlandırıb


İsrailin baş naziri bazar günü Oman sahilində neft tankerinə dron hücumuna görə birbaşa olaraq İranı günahlandırıb. Hücum iki nəfərin ölümü ilə nəticələnib. Baş nazir üstü örtülü qisas almaqla təhdid edib, Tehran isə hücumda əli olduğunu inkar edib.

Baş nazir Naftali Bennet və İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Katibzadənin sözləri cümə axşamı Mercer Street adlı neft takerinə hücumdan sonraya təsadüf edib. Bu, İranla nüvə razılığı ilə bağlı olan gərginliklərlə əlaqəli regionda kommersiya gəmilərinə illərlə aparılan hücumlardan sonra ölümlə nəticələnən ilk hücumdur.

Hücuma görə məsuliyyəti üzərinə alan olmasa da, İran və İranın yarı-hərbi dəstə müttəfiqləri daha öncə hücumlarda “intiharçı” dronlardan istifadə ediblər.

Mercer Street-ə pilotsuz uçan aparatla hücum edən iranlılar İsrail hədəfinə zərər vermək niyyətində idilər” – deyə, Bennet İsraildə hər həftə keçirilən kabinet iclasında bildirib. “Bunun əvəzinə isə bu hücum Britaniya vətəndaşı ilə Rumıniya vətəndaşının ölümünə səbəb oldu,” o əlavə edib.

O xəbərdarlıq edib: “Biz İrana mesajımızı öz bildiiymiz yolla necə çatdırmalı olduğumuzu bilirik.”

Katibzadə bazar günü Xarici İşlər Nazirliyinin sözçüsü olaraq son mətbuat konfransında hücumu İranın həyata keçirdiyinə dair ittihamları “əsassız” adlandırıb.

“Bu ilk dəfə deyilki, Qüdsü işğal edən sionist rejim İran İslam Respublikasına qarşı bu cür boş ittihamlar irəli sürüb. Bu rejim hara gedibsə, özü ilə qeyri-sabitlik, terror və zorakılıq aparıb,” Katibzadə deyib.

Katibzadə İranın vəzifədən gedən prezidenti hökumətinin vəzifə müddətində bəzi hallarda ictimaiyyətə “həqiqətin bir hissəsini” söyləmədiyini etiraf etməsindən sonra çıxış edib.

Amerikanın nüvə enerjisi ilə işləyən təyyarə daşıyıcısı USS Ronald Reagan və idarə olunan raket məhvedicisi USS Mitscher Mercer Street-i təhlükəsiz limana müşayiət edib. Bu barədə şənbə günü ABŞ Dəniz Donanmasının 5-ci Flotası bəyanatda məlumat verib. Bəyanatda bildirilir ki, Dəniz Donanmasının ekspertləri gəmiyə dronun hücum etdiyinə inanır.

Mercer Street Londonda qərargahlanan Zodiac Maritime tərəfindən idarə olunur. Zodiac Maritima israilli milyarder Eyal Oderin Zoriac Group-unun bir hissəsidir. Şirkət hücum nəticəsində iki ekipaj üzvünün öldüyünü, onlardan birinin Birləşmiş Krallıqdan, digərinin isə Rumıniyadan olduğunu bildirib.

XS
SM
MD
LG