Accessibility links

İsrail Suriya hava bazasına hava hücumları edib


Suriya dövlət mətbuatının verdiyi məlumata görə, İsrailin Suriya hava bazasına hava hücumları bir əsgərin ölümü, ikisinin yaralanması və silah ambarının dağılmasına səbəb olub.

Homs vilayətinin mərkəzində yerləşən T4 hava bazasına edilən hücum Suriyanın cənubunda Qolan yüksəkliklərində hava hücumlarından bir neçə saat sonra keçirilib.

İsrail hava bazasına hücum barədə şərh verməyib. Lakin bildirib ki, Qolan yüksəkliklərindəki hava hücumları şənbə günü gecə Suriyadan İsrail ərazisinə raket hücumlarına cavab olaraq edilib.

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü ölkəsinə qarşı hər hansı təcavüzkarlığa "amansız cavab veriləcəyini" bildirib.

Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirib ki, İsrailin Qolan yüksəkliklərinə hava hücumları Suriya qüvvələri və xarici döyüşçülər də daxil olmaqla 10 nəfərin ölümünə səbəb olub.

İranın Suriyaya müdaxiləsinə xəbərdarlıq olaraq İsrail tez-tez İran və Hizbullahın Suriya daxilindəki mövqelərini hədəf alır.

İsrail ənənəvi olaraq hava hücumları barədə şərh verməməyə üstünlük verir. Lakin son zamanlar sükutu pozmağa başlayıb.

XS
SM
MD
LG