Accessibility links

İstanbul mühüm seçkiyə hazırlaşır


İstanbul mühüm seçkiyə hazırlaşır
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Rəsmilərin prezident Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf partiyasının (AKP) 25 illik hakimiyyətinə son qoyan səsvermənin nəticələrini ləğv etməsi səbəbilə bu bazar günü İstanbulda yenidən bələdiyyə seçkisi keçiriləcək. Türkiyənin ən böyük şəhərinin merliyi uğrunda mübarizə bütün ölkənin gündəmindədir.

Əsas müxalif CHP partiyasının namizədi Əkrəm İmamoğlu yenidən seçki kampaniyası aparır.

Məncə İmamoğlu artıq qalib gəlib. Bu oğurluq olduğu üçün, biz onların acığına gedib yenidən İmamoğluna səs verəcəyik.
İstanbul sakini

O, mart ayında qələbəsinə gətirib çıxaran Türkiyədə dərin siyasi parçalanmanı aradan qaldırmaq mesajına artıq demokratiya mesajını da əlavə edib.

İmamoğlunun qələbəsi bəzi səçki məntəqələrindəki rəsmilərin səsverməni müşahidə etməyə uyğun olmadığı səbəbilə ləğv olunub. Küçələrə axın edən insanlar ədalətsizliyin baş verdiyini düşünür.

“Məncə, İmamoğlu artıq qalib gəlib. Bu oğurluq olduğu üçün, biz onların acığına gedib yenidən İmamoğluna səs verəcəyik”, bir İstanbul sakini bildirib.

Ölkədəki iqtisadi tənəzzül səbəbilə İstanbulda hər üç gəncdən biri işsiz olduğuna görə, İmamoğlunun tərəfdarları üçün ən əsas məsələ iqtisadiyyatdır.

“O, iş vəd edir, biz işsizik, universitet məzunuyuq, amma isşizik. O bizə iş söz verir. Bizə pulsuz internet lazım deyil, iş lazımdır. İnsanlar acdır, onlar evlərinə çörək apara bilmir. İmamoğlu gözəl şeylər edəcək”, bir gənc İstanbul sakini söyləyib.

AKP-nin namizədi Binəli Yıldırım isə iqtisadiyyatdan bəhs etməkdən yayınır və diqqətini seçkinin mart ayında ondan oğurlandığı iddiasına yönəldib.

Yıldırım dəstəyinin yüksək olduğu yerlərdə seçki kampaniyası apararaq demokratiya mesajı ilə elektoratını təşviq etməyə çalışır.

“Ədalət bərpa olunacaq. Bizim səslərimiz sayılmadı, mənim səsim hara getdi?”, İstanbul sakini sual edib.

Hənifə əldə etdiyi uğurlarının səbəbi olaraq İstanbulda AKP-nin hakimiyyətdə olmasını görür.

Əkrəm İmamoğlu və Binəli Yıldırım
Əkrəm İmamoğlu və Binəli Yıldırım

“Mən 12 ildir mağazaya sahibəm və 22 ildir burada yaşayıram. Mən geyim mağazasına sahibəm və bu butiki dövlətin dəstəyi ilə açmışam. Dövlət mənə kredit verdi və mən onu açdım. Bu səbəbdən də mən onları dəstəkləyirəm”, İstanbul sakini bildirib.

Türkiyə iqtisadiyyatının üçdə birinə və səkkiz milyard dollarlıq büdcəyə malik İstanbul üçün bazar günü keçiriləcək səsvermə çox mühümdür. Türkiyədə hətta belə bir atalar sözü var ki, “İstanbula nəzarət edən Türkiyəyə nəzarət edir”.

“Siyasi baxımdan bu, İstanbulun ehtiyatlarının istifadəsi və bölüşdürülməsi üçün həyati əhəmiyyət daşıyır. Bu resurslardan ağıllı şəkildə istifadə edən tərəf ümummilli seçkilərdə də səslərin böyük hissəsini qazanacaq” - deyə, İstanbulda yerləşən Qalatasaray Universitetindən Nazlı Okten bildirib.

Ən son rəy sorğuları AKP-nin namizədinin böyük məğlubiyyətə uğrayacağına işarə etdiyi üçün prezident Rəcəb Tayyib Ərdoğan da kampaniyaya qoşulub.

Bu isə İstanbul səsverməsinin şəhərin taleyi ilə birlikdə Ərdoğanın da taleyinə təsir göstərəcəyinə işarədir.

XS
SM
MD
LG