Accessibility links

İstanbul seçki komissiyası AKP-nin seçkilərin nəticələrini ləğv etmək təklifini rədd edib


Əkrəm İmamoğlu

İstanbulun seçki komissiyası Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (Adalet və Kalkınma Partisi-AKP) şəhərin Böyükçəkməcə rayonunda yerli seçkilərin nəticələrini ləğv etmək təklifini rədd edib. Bu barədə AKP rəsmisi Reuters xəbər agentliyinə məlumat verib.

Rohat Hasbayram partiyasının nəticələri ləğv etmək tələbi ilə Ankarada yerləşən Türkiyənin Ali Seçki Komissiyasına müraciət edəcəklərini söyləyib. Habertürk xəbər agentliyi daha öncə AKP-nin İstanbul boyu bütün nəticələrin ləğvi üçün müraciət etdiyinə dair məlumat versə də, Hasbayram bu məlumatın yanlış olduğunu bildirib.

Respublika Xalq Partiyasından (CHP) İstanbul merliyinə namizəd Əkrəm İmamoğlunun 25 min səslə irəlidə olmasına baxmayaraq, Ərdoğanın partiyası səslərin bir daha hesablanmasını tələb edib.

Ekspertlər nəticələrin ölkədəki milli siyasəti dərhal dəyişdirməyəcəyini, lakin siyası keçidə səbəb ola biləcəyini deyirlər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG