Accessibility links

İstanbulda bələdiyyə seçkisinin nəticələri ləğv edilib


Mayın 6-da Türkiyənin hakimiyyət orqanları İstanbulda bələdiyyə seçkisinin nəticələrini ləğv edib və iyun ayında ölkənin ən böyük şəhərində təkrar seçkiyə qərar verilib.

Son xəbərlərdə deyilir ki, Türkiyə Ali Seçki Şurası prezident Recep Tayyip Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının şikayəti əsasında 7 səs leyhinə, 4 səs əleyhinə olmaqla, müxalifət namizədi Ekrem İmamoğluna qələbə gətirmiş nəticələri ləğv edib.

Müxalif Cümhuriyyət xalq Partiyasından (CHP) namizədi Ekrem İmamoğluna ötən ay İstanbul bələdiyyə rəisinin mandatı verilmişdi.

Lakin hakim AKP seçkilərin saxtalaşdırıldığı və hətta seçki cinayəti törədildiyinə dair çoxsaylı şikayətlər vermişdi.

İmamoğlunun qələbəsindən əvvəl son 25 ildə İstanbul bələdiyyəsinə hakim AKP nəzarət edirdi.

Ali Seçki Şurasının son qərarı AKP-ni yeni uğurlara həvəsləndirib. Türkiyə mediasının yazdığına görə, partiya rəsmiləri “Ankarada da ədalətin bərpa olunacağına” ümid edirlər.

XS
SM
MD
LG