Accessibility links

İstanbulda binanın çökməsi ilə Türkiyədəki təhlükələrin üstü açılıb


İstanbulda binanın çökməsi ilə Türkiyədəki təhlükələrin üstü açılıb
please wait

No media source currently available

0:00 0:01:39 0:00

İstanbulda əlavə mərtəbələri qanunsuz şəkildə tikilən yaşayış binasının çökməsi və nəticədə 21 nəfərin ölməsindən sonra mühəndislər və memarlar xəbərdarlıq edib ki, Türkiyə hökümətinin qeydiyyatdan keçməyən tikinti işlərinə tətbiq etdiyi amnistiya insanların həyatlarını təhlükəyə atır.

Bu, Türkiyənin ən böyük şəhəri İstanbulda səkkiz mərtəbəli binanın çökdüyü andır.

Bu ayın əvvəli 21 nəfər həyatını itirib.

Bu fəlakət ölümcül zəlzələlərin baş verdiyi ölkədə inşaatlardakı təhlükəsizliklə bağlı narahatlıqları artırıb.

İstanbulda çökən binanın qalıqları
İstanbulda çökən binanın qalıqları

Ekspertlər xəbərdarlıq edir ki, hökümətin qeydiyyatdan keçməyən tikinti işlərinə qarşı gəlirləri artıran amnisitiyası insanların həyatlarını riskə atır.

Bəziləri hətta bunun İstanbulu məzarlığa çevirəcəyini deyir.

Lisenziya almamış binalara qarşı amnistiya o deməkdir ki, bu cür əmlakların sahibləri təhlükəsizliyindən asılı olmayaraq dövlətə onları qeydiyyatdan keçirmək üçün ödənişlər edir.

Bu, hökümət üçün milyardlarla dollar gəlir gətirib.

Hakimiyyətdəki 16 il ərzində prezident Tayyib Ərdoğanın höküməti inşaat sektoruna böyük diqqət ayırıb.

Sektordakı rəsmilər iddia edir ki, hökümət təhlükəsizlik hesabına maddi gəlirləri prioritetləşdirib.

Rəsmi göstəricilər Türkiyədəki binaların yarısından çoxunun tikinti qaydalarına riayət etmədiyini göstərir. Bu isə o deməkdir ki, 13 milyon bina risk altındadır.

İstanbulda yeni tikililər
İstanbulda yeni tikililər

15 milyon əhalisi olan İstanbul xüsusilə təhlükəyə açıqdır. Növbəti 30 il ərzində şəhərdə 7 bal gücündə zəlzələ gözlənilir.

Ərdoğan özü bu yaxınlarda verdiyi müsahibədə bu mənzərədən narahat olduğunu deyib, amma İstanbulda binanın çökməsinə görə qeyri-qanuni inşaatı günahlandırır.

Hökümət deyir ki, dövlətlə vətəndaşlar arasındakı ixtilafı aradan qaldırmaq üçün amnistiyaya ehtiyac var idi.

İstanbulun Memarlar Palatası bildirir ki onlar hökümətə insanların bunun bədəlini həyatları ilə ödəyəcəklərinə dair xəbərdarlıq edib.

XS
SM
MD
LG