Accessibility links

İstanbulda gey-parad keçiriləcək


Bazar günü İstanbulda LGBT yürüşü keçiriləcək, baxmayaraq ki, şəhərin icra hakimiyyəti təhlükəsizlik səbəbilə yürüşü qadağan edib. Bunu tədbirin təşkilatçıları cümə günü bildirib.

İstanbul LGBTI+Pride Week adlı Facebook səhifələrində yaydıqları bəyanatda təşkilatçılar yürüşün qarşısını almaq qərarının ayrı-seçkiliyə əsaslandığını və qeyri-qanuni olduğunu deyib.

“Bu yürüş icra hakimiyyətnin qərarının arxasındakı zorakılıq və diskriminasiyaya qarşı mübarizə aparmaq məqsədilə təşkil olunub,” bəynatda bildirilib.

“Biz mətbuat və ictimaiyyəti qürurlu yürüşümüzü eyni həvəslə həyata keçirəcəyimizlə bağlı xəbərdar etməliyik.”

İstanbulda gey-parad. 2013-cü il
İstanbulda gey-parad. 2013-cü il

Son üç ildir İstanbulda gey paradlar qadağan edilir. Homoseksuallıq Türkiyədə qeyri-qanuni olmasa da, bir çox digər müsəlman ölkəsində olduğu kimi, Türkiyə cəmiyyəti arasında homoseksuallığa qarşı ədavət var.

Cümə günü Türkiyə paytaxtı Ankarada qanun mühafizə orqanları 2014-cü ildə LGBT mövzusu ilə bağlı çəkilmiş komediya-dram janrında Pride filminin nümayiş etdirilməsinin qarşısı alıb, səbəb olaraq isə filmin ictimai təhlükəsizliyə qarşı risklərini göstərib.

2016-ci ilin iyulunda hərbi çevriliş cəhdindən sonra başlayan təqbilər nəticəsində Türkiyədə vətəndaş hüquqlarının durumu Qərbdə narahatçılıq doğurur.

Birləşmiş Millətlər Təşkilatının mart ayında verdiyi məlumata görə, çevriliş cəhdindən bəri Türkiyə höküməti 160 min insanı həbs edib, bir o qədər dövlət qulluqçusunu isə işdən çıxarıb. Bu insanların 50 mininə qarşı rəsmi ittiham irəli sürülüb.

XS
SM
MD
LG