Accessibility links

İstanbulda çökən yaşayış binasında xilasetmə əməliyyatı davam etdirilir


Xilasedicilər çərşənbə günü İstanbulda çökən binanın altında qalan insanların xilas edilməsi işlərini davam etdirir.

İstanbul valisi Ali Yerlikaya indiyədək dağıntılar altından üç cəsədin çıxarıldığını bildirib. Valinin sözlərinə görə, xilasedicilər gecə davam edən axtarış nəticəsində 5 yaşlı qız da daxil olmaqla, 12 nəfəri xilas biliblər.

Sakinlərdən bəziləri binanın çökməsindən öncə partlayış səsi eşitdiklərini deyir. Baş prokuror binanın çökməsinin səbəbini müəyyən etmək məqsədilə təhqiqata başlayıb.

Binada 40 nəfərin yaşadığı güman edilir. Hələlik nə qədər insanın dağıntılar altında qaldığı bilinmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG