Accessibility links

“İstefa” deyən futbol azarkeşləri saxlanılıb


İyunun 11-də Azərbaycanın futbol üzrə yığması "Avro-2020" seçmə mərhələsi çərçivəsində öz meydançasında Slovakiya yığmasına 1:5 hesabı ilə məğlub olub.

Milli komandanın oyunu tribunalardakı yerli azarkeşlərin hiddətinə səbəb olub və onlar AFFA-nın (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) ünvanına "İstefa!" şüarını səsləndirib.

Avropa çempionatı
Avropa çempionatı

Stadionda olan azarkeçlərdən biri deyib ki, "İstefa!" şüarını səsləndirən çoxsaylı azarkeşi mülki geyimli şəxslər saxlayıb.

"İstefa!" şüarı səsləndirən azarkeşlərin bir qrupu Nizami Rayon Polis İdarəsinin 24-cü Polis bölməsinə aparılıb.

Azarkeş İmran Hacıbəyli də saxlananlar arasında olub.

“24-cü Polis Bölməsində mənimlə bərabər 16 digər azarekeş var idi. Bizdən izahat aldıqdan sonra sərbəst buraxdılar,” o qeyd edib.

Baş verənlərlə bağlı rəsmi qurumlardan şərh almaq mümkün olmayıb.

Bu, Azərbaycanın seçmə oyunlarında üçüncü məğlubiyyətidir. Bundan öncə Xorvatiyaya 1:2, Macarıstana 1:3 hesabı ilə məğlub olub. Bu qrupda Uels yığması da iştirak edir.

AFFA-nın prezidenti SOCAR rəhbəri Rövnəq Abdullayevdir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG