Accessibility links

İsti hava şəraiti İspaniyanın Kataloniya bölgəsində meşə yanğınlarına səbəb olub


İspaniyanın şimal-şərqi Kataloniya bölgəsinin 4min hektardan çox ərazisində güclü meşə yanğınları baş verib. Yanğınsöndürənlərin verdiyi məlumata görə, isti hava şəraiti ilə baş verən yanğının ziyan vurduğu ərazi daha da arta bilər və bütün ölkəyə yayıla bilər.

İspaniyanın bəzi bölgələrində havanın temperaturu cümə axşamı və cümə günü 43 dərəcəyə çatacağı gözlənilir. Fransa və Almaniya da daxil olmaqla, digər qərbi Avropa ölkələri də həmçinin isti hava dalğası altındadır.

Regional hökümətin verdiyi məlumata görə, Kataloniyada baş verən yanğınlar 20 il ərzində ağır təbii fəlakətdir. Yanğın baş verən ərazidən 30-a yaxın şəxs təxliyə edilib.

Helikopterlər Tarraqona sahil şəhərindən təxminən 80 kilolmetr şimalındakı təpələrdə yanğınlara su töküb. Tələfat barədə məlumat verilməyib.

XS
SM
MD
LG