Accessibility links

Culian Assanja qarşı zorlama təhqiqatı dayandırıldı


Çərşənbə axşamı İsveç prokuroru sübutları araşdırdıqdan sonra WikiLeaksin qurucusu Culian Assanja (Julian Assange) qarşı seksual təcavüz iddiası ilə əlaqədər istintaqa başlamayacağını bildirib.

Baş prokurorun müavini Eva-Marie Persson şikayətçinin dəlillərinin etibarlı və əsaslı hesab edildiyini, lakin təqribən on ildən sonra şahidlərin xatirələrinin zəiflədiyini bildirib.

48 yaşlı Avstraliya vətəndaşı dəfələrlə bu iddianı rədd edib.

Prokurorun bu qərarı ABŞ və İsveçdən gələn mübahisəli ekstradisiya məsələsində Britaniya məhkəməsini dilemma qarşısında qoymuş olur. Lakin prokuror həmçinin bildirib ki, bu qərardan apeliasiya şikayəti verilə bilər.

Assanj hazırda fevral ayında ABŞ-a ekstradisiya olunması üçün keçiriləcək məhkəmə prosesi üçün Britaniyada həbsxanada saxlanılır.

ABŞ höküməti onun espionaj qanunu pozmaq, hökümət kompüterlərini hak etmək də daxil olmaqla 18 cinayət işi üzrə təhvil verilməsini istəyir.

Assanj fevral ayında İsveç iddiaları ilə əlaqədar ekstradisiya olunmaqdan yayınmaq üçün 7 il sığındığı Ekvador səfirliyindən çıxarılmşdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG