Accessibility links

İsveçdə parlament seçkiləri başa çatıb


İsveçdə bazar günü keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Avropanın ən liberal ölkələrindən biri sayılan İsveç artıq sağçılığa yönəlir.

Ölkənin Avropa İttifaqından çıxmasını və immiqrasiyanın qarşısının alınmasını istəyən İsveç Demokratları parlametdə ən çox yerə sahib üçüncü ən böyük partiya olub.

Səslərin çoxu artıq hesablanıb və nəticələrə əsasən, hakim mərkəz-solçu Sosial Demokratlar partiyası səslərin 19 faizini, millətçi İsveç Demokratları isə təxminən 18 faizini qazanıb.

İsveç Demokratları partiyasının lideri Cimmi Akesson seçki günü gecəsində qələbələrini elan edib.

“Mən digər partiyalarla danışıqlar aparmağa, əməkdaşlıq etməyə hazıram. Mən xüsusilə də, Ulf Kristerssonu İsveçin gələcəkdə necə idarə olunmalı olduğuna dair müzakirələrə dəvət edirəm”, o deyib.

Müxalif Mötədillər (Moderates) partiyasının lideri baş nazir Stefan Lotvfenin istefasına çağıraraq deyib ki, hakim partiyanın öz siyasi kursu var.

Lakin Lofven istefa çağırışlarını rədd edib və vətəndaşları irqçilik və nifrətdə ittiham etdiyi partiyaya qarşı çıxmağa çağırıb.

“Bütün yaxşı qüvvələrin mənəvi öhdəliyi var, bütün insanların eyni hüquqlara və eyni dəyərlərə sahib olduğuna inanan insanlar bütün gücləri toplayıb, müqavimət göstərəcəyik və başqa bir cəmiyyətin mümkün olduğunu göstərəcəyik. Biz hər zaman etdiyimizi edəcəyik. Dəyərli dostlar, biz yas tutmayacağıq, biz təşkilatlanacağıq”, İsveçin baş naziri Stefan Lofven deyib.

Cimmi Akesson
Cimmi Akesson

Rəy sorğularına görə, neo-nasist kökləri olan İsveç Demokratları partiyasının artan populyarlığı ifrat sağçı qrupunun növbəti höküməti formalaşdıran partiyalarla bağlı veto hüququnu əldə etməsi ilə nəticələnə bilər.

Bir çox Avropa ölkəsi kimi İsveç də Yaxın Şərq, Cənubi Asiya və Afrikadan qaçqın axını ilə üzləşib.

2015-ci ildə 163 min qaçqının ölkəyə axın etməsi ilə seçicilər qütbləşib, siyasi həmrəylik pozulub.

XS
SM
MD
LG