Accessibility links

İsveçdə Rusiyaya casusluq edən şəxs saxlanılıb


İsveç paytaxtı Stokholmda fevralın 26-ı axşam saatlarında Rusiyanın xeyrinə casusluq edən şəxs saxlanılıb. İsveç Təhlükəsizlik polisinin verdiyi məlumata görə, saxlanılan şəxs diplomatik "pərdə" altında fəaləiyyət göstərən rusiyalı aqent tərəfindən ələ alınıb və İsveçin əks kəşfiyyatının idarəsinin rəhbəri Daniel Stenlinqin verdiyi açıqlamaya əsasən, 2017-ci ildən Rusiyaya məlumat ötürüb.

İsveç polisi saxlanılan şəxsin nə adı, nə cinsi, nə də yaşı haqda məlum açıqlanmayıb. Onun yüksək texnologiyalar sahəsində xarici kəşfiyyat üçün maraq təşkil edən informasiya ilə işlədiyi məlumdur.

Expressen qəzetinin verdiyi məlumata görə, casus olduğu iddia edilən şəxslə birlikdə başqa bir adam da olub, lakin o, diplomatik toxunulmazlığı barədə məlumat verib və sərbəst buraxılıb.

Həftənin əvvəlində isveç qəzetləri EkotAftonbladet İsveç əks kəşfiyyatının ölkənin maraqlarına hədə təşkil edə biləcək ən azı 10 nəfəri casusluqda şübhəli bildiyi haqda məlumat verib. Lakin baş prokuror Mats Lünkvist onların fəaliyyətinin saxlanılan şəxslə heç bir əlaqəsi olmadığını bildirib.

Rusiya höküməti və QRU İsveçdəki həbsi şərh etməyib.

  • Fevralın ortalarında Belçika əks kəşfiyyat agentliyinin rəhbəri Rusiyanın xeyrinə casus etməklə əlaqədar vəzifəsindən kənarlaşdırılıb.
  • Noyabr ayında Avstriyada Russiyanın xüsusi xidmət orqanlarına casusluq etməkdə şübhəli bilinərək, Avstriya ordusunun ehtiyatda olan polkovniki və antiterror təşkilatının əməkdaşı saxlanılıb.
  • Ötən ilin dekabrında bir neçə şəxs Litvada Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.
  • Sentyabrın 21-i Norveç polisi Oslo hava limanında 51 yaşlı Rusiya vətəndaşını qeyri-qanuni informasiya toplamaqda ittiham edərək saxlayıb.
  • 2018-ci ilin aprel ayında Niderlandda Rusiya kəşfiyyatının 4 əməkdaşı haker avadınlıqları ilə saxlanılıb. Niderlandın verdiyi məlumata görə, onlar bu avadanlıq vasitəsilə Haaqada yerləşən Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının daxili şəbəkəsinə giriş əldə etməyə çalışıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG