Accessibility links

İsveçdə siyasi qütbləşmə dərinləşdi


İsveçdə siyasi qütbləşmə dərinləşdi
please wait

No media source currently available

0:00 0:03:21 0:00

İsveçdə siyasi qütbləşmə dərinləşdi

Kökləri neo-nasist hərəkatına gedib çıxan ultra sağçı siyasi partiya İsveç seçkilərində əhəmiyyətli nailiyyətlər əldə edib. Bu, Avropanın başqa yerlərində də buna oxşar hadisələri əks etdirir. Partiya 2015-ci ildə İsveçin minlərlə immiqrantı qəbul eməsindən sonra mühacirət məsələsini kampaniyanın əsas mövzusu edib. Ultra sağçıların səsləri öncədən deyildiyi kimi yüksək deyildi. Təhlilçilərin sözlərinə görə, elektoratda qütbləşmənin mövcud olduğu bir vaxt solçular da demək olar ki eyni sayda səs toplayıb.

Tolerant, inkişaf edən, proqresiv ölkə olan İsveç uzun müddət Avropanın ictimai demokratiyanın nümunəsi sayılırdı. Lakin bu stabillik bazar günü keçirilmiş seçkilərlə silkələndi.

İfrat sağçı demokratların yayda keçirilmiş sorğularda üstünlük qazandığı vaxt çoxları siyasi zəlzələnin olacağını proqnozlaşdırırdı.

Nəticədə 2014-cü ildə beş faiz səs toplamış partiya bu dəfə 18 faiz səslə üçüncü oldu.

İsveçli seçici Conah Eynarson bunun qəribə və İsveçə xas olmayan olduğunu düşünür. O bunu qeyri-demokratik sayır. Bunu həyəcan verici və İsveçin gələcəyi üçün qorxunc situasiya sayır.

Hələlik gələcək siyasi mənada qeyri-müəyyəndir. Sosial Demokratların başçılığı ilə hakim mərkəz-solçu koalisiya rəqibi mərkəz sağçı alyansdan çüzi irəlidədir. Onların hər ikisi səslərin təxminən 40 faizinə malikdir. Qarşıda çətin koalisiya danışıqları durur. Həm mərkəz solçular, həm də mərkəz sağçılar İsveç demokratları ilə işləməkdən imtina edib.

Baş nazir Stefan Lofven vəzifəsində qalacağına söz verib. Nazir bütün yaxşı gücləri toplayıb, başqa bir cəmiyyətin mümkün olduğunu göstərəcəyini bildirir.

Lakin isveçlilərin hamısı belə düşünmür. 2015-ci ildə İsveç 140 min qaçqın və miqrantı qəbul edib. Bu adambaşına olan göstərici hətta Alamniyadan da yüksəkdir. Demokratlara səs verən seçicilər onların zərər çəkdiyini deyir.

İsveç demokratlarını dəstəkləyən seçici Staffan Myrman yaşayış, tibbi sığorta və məktəblərin şuraya gərginlik qatdığını düşünür.

İsveç demokratlarını dəstəkləyən digər seçici Leif Danielsson 70-ci, 80-ci illəri İsveçi böyümək üçün fantastik bir dövr hesab edir. Onun fikrincə indi hər şey dağılır.

Malmo Universitetinin təhliçisi Anders Hellström ultra sağçıların seçki kampaniyasının bünövrəsində məhz bu nostalgiyanın olduğunu və bunun Avropada keçirilmiş son seçkilərə təsir etdiyini bildirir. Onun fikrincə, İsveç artıq öz xüsusiliyini itirərək, Avropanın digər ölkələrinə oxşamağa başlayır. Buğün İsveç demokratlarına səs verdiyini demək utanverici deyil.

Lakin Hellström deyir ki, İsveçin sağa meyl etdiyini demək yanlışlıqdır. Avropada millətçilik barədə danışmaq olar. Lakin əsas təkcə bu haqda danışmaq deyil. Anders bunu da vurğulayıb ki, bu hərəkətlərə qarşı güclü səfərbərlik qüvvələri var. Buna görə bunun əvəzinə güclü qütbləşmədən danışmaq olar.

Sorğular İsveç seçicilərinin təxminən 41 faizinin son seçkilərlə müqayisədə səslərini dəyişdiyini göstərir. Avropanın bir çox yerində olduğu kimi, siyasət dəyişkəndir və parçalanır - böyük partiyalar isə məsələni ünvanlandırmaqda çətinlik çəkir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG