Accessibility links

İsveçrə yeni məhdudiyyətləri nəzərədən keçirir


İsveçrə rəsmiləri cümə günü ölkənin səhiyyə sisteminə təzyiq göstərən COVID-19 yoluxma və xəstəxanaya yerləşdirmə hallarında yaşanan artımın qarşısını almaq məqsədilə iki ayrı məhdudiyyətlər irəli sürüblər.

İsveçrənin Federal İctimai Səhiyyə İdarəsi ölkədə son 24 saatda 10,163 yeni yoluxma və 51 ölüm halının qeydə alındığını bildirib ki, bu, yanvar ayından bəri ən yüksək göstəricidir. İdarə ölkədəki reanimasiya şöbələrinin 82 faizinin dolu olduğunu bildirib.

İsveçrə Səhiyyə naziri Alan Berset Berndə keçirilən mətbuat konfransında hökumətin nəzərədən keçirdiyi iki ayrı təklifi açıqlayıb.

İlk təklifə əsasən, restoran, bar, konsert zalları, teatlarla kimi qapalı məkanlara girişə ya tam vaksin olmuş və ya koronavirusa yoluxub və tamamilə sağalan insanlara icazə veriləcək. Bununla da hazırda mövcud olan “mənfi test” tələbi aradan qaldırılacaq. Bundan əlavə müştəri oturduğu və yemək yediyi zamanlar istisna olmaqla, maska taxmaq məcburi olacaq.

İkinci təklifdə isə maska taxmağın hər zaman mümkün olmadığı yerlərin, o cümlədən restoranlar, barlar, idman zalları və gecəklublarının müvəqqəti olaraq bağlanması nəzərdə tutulur. Qapalı məkanlarda idmanlar və teatr kimi mədəniyyət tədbirlərinin maska tələbi ilə açıq qalmasına icazə veriləcək.

Berset müxbirlərə deyib ki, ikinci variant xoş deyil, amma məqsəd daha genişmiqyaslı qapanmalardan yayınmaqdır.

Rəsmilər deyib ki, federal hökumət təklifləri yerli liderlər və başqaları ilə koordinasiyalə şəkildə nəzərdən keçirəcək və növbəti günlərdə hansı təklifi qəbul edəcəkləri barədə qərar verəcək.

Berset deyib ki, “Biz bir il əvvəl uğurlu şəkildə bu vəziyyətin öhdəsindən gələ bildik, və gələcək həftələrdə bunu yenidən birlikdə edə biləcəyik.”

XS
SM
MD
LG