Accessibility links

İsveçrəsayağı demokratiya nədir?


Bu ölkədə hər il prezident dəyişir, bu və ya digər qanunun qəbul edilməsinə vətəndaşlar qərar verirlər, parlament deputatlarının maaşları isə ölkə üzrə orta əmək haqqı ilə müqayisə edilə bilər. Bu ölkə - İsveçrədir.

Vətəndaşlar hökumət və parlament tərəfindən təsdiqlənmiş istənilən qanun layihəsini rədd edə bilərlər.
Kloye Yans, politoloq

İsveçrəlilər hər dörd ildən bir parlamentə deputatları seçirlər, onlar isə öz növbəsində höküməti, yəni yeddi nəfərdən ibarət Federal şuranı seçir. İsveçrənin dörd böyük partiyası İkinci Dünya Müharibəsindən hakimiyyətdə təmsil olunur. GFS.Bern sosial araşdırmalar institutunda politoloq Kloye Yans "Nastoyaşeye Vremya"ya bu barədə danışıb.

Kloye Yans, politoloq
Kloye Yans, politoloq

​Prezident funksiyasını faktiki olaraq hökümətin üzvləri yerinə yetirir. İsveçrədə prezidentlik müddəti bir təqvim ili davam edir: yanvarın 1-dən dekabrın 31-dək. Prezidentin heç bir əlavə hüququ olmur, bu, bir illik vəzifədir və onu bərabərhüquqlu tərəfdaşlar içərisində birinci edir. Prezidentin funksiyalarından biri digər dövlətbaşçıları ilə görüşlər keçirməkdir. İsveçrədə dövlət başçısı ənənəvi mənada, hər biri bərabər hüquqlara malik olan yeddi üzvdən ibarət Federal Şuradır.

İsveçrə Hökuməti (sağda - hökumətin tərkib hissəsi olmayan Federal Hökumətin başçısı)
İsveçrə Hökuməti (sağda - hökumətin tərkib hissəsi olmayan Federal Hökumətin başçısı)

Demokratiya nədir

Vətəndaşlar qanunvericilik təşəbbüsü irəli sürə bilərlər, eləcə də referendum yolu ilə dövlət və ya yerli səviyyədə qanunların qəbul edilməsində iştirak edə bilər. Bu bizim sistemin spesifik tərəfidir. Heç bir ölkədə bu cür sistem yoxdur", politoloq Kloye Yanks deyir.

İsveçrədə insanlar təkcə siyasətçiləri seçmirlər; onlar hansısa bir dövlətlə beynəlxalq müqavilə bağlamaq istəyib-istəmədiklərini, müəyyən bir regionda yeni yolun çəkilməsi üçün pulun ayrılıb-ayrılmamasına dair qərarlar verir.

Texniki olaraq demokratiya belə işləyir: əgər qanun layihəsindən ən azı yeddi vətəndaş razı deyilsə, onlar təşəbbüs qrupu təşkil edirlər. Təşəbbüs qrupu isveçrəlilərin əksəriyyətinin bu qanunla razılaşıb-razılaşmayacağı haqda qərar verən ümumxalq refendumunun keçirilməsi üçün 50 min səs toplayır.

"Vətəndaşlar hökumət və parlament tərəfindən təsdiqlənmiş istənilən qanun layihəsini rədd edə bilərlər”, Kloye deyir.

Referendumla yanaşı öz qanun layihələrini də irəli sürə və ya qanuna dəyişiklik təklif edə bilərlər, amma daha çox imza toplamaq lazımdır. İsveçrədə müxtəlif təşəbbüslər və qanun layihələri üzrə səsvermələr ildə 4 dəfə keçirilir. 2017-ci ildə isveçrəlilər bu yolla pensiya islahatı layihəsini rədd edib.

İsveçrə parlamenti binası
İsveçrə parlamenti binası

Xalq təşəbbüslərinin təxminən 10%-i referendumda təsdiqlənir. Bu yaxınlarda inəyin buynuzlarını kəsməyən fermerlərə subsidiyaların ayrılması təklifi üzrə səsvermə keçirilib. Təklif qəbul edilməyib.

“Həqiqi demokratiya bütün sistemin əsasını təşkil edir. Bu, bizim insanlarımızın kimliyi üçün əhəmiyyətli bir məqamdır, bizim hamımızı bir yerdə saxlayan elə budur“, Kloye Yanks deyir. O həmçinin qeyd edir ki, həqiqi demokratiya ilə yanaşı, hakimiyyətin maksimum dərəcədə yerli səviyyədə cəmləşdirməsinə imkan verən federalizm və hökümətin əhalinin əksər hissəsinin fikrini nəzərə almalı olduğu konsosializm İsveçrənin siyasi sisteminin vacib xüsusiyyətlərindən biridir.

Yarımştat deputatlar

İsveçrə parlamenti - ikipalatlıdır. Hər iki palata eyni hüquqlara malikdir. Burada hətta ən kiçik kantonlar da təmsil olunub. Lakin ən maraqlısı odur ki, İsveçrə parlamenti yarımpeşəkardır. Onların təqribən 80%-i parlament fəaliyyətini digər fəaliyyətlərlə birləşdirir.

"Yarımpeşəkardır parlament ideyası siyasətçilərin ictimai sinfə bölünməməsi və parlamentdə vətəndaşları təmsil edən deputatların insanların həyatına yaxından bağlı olması və onların maraqlarını daha yaxşı təmsil etməsinə əsaslanır. Əlbəttə, bu fikri ideallaşdırmaq lazım deyil, çünki siyasət mühüm işdir və çox vaxt alır. Son zamanlar isə professional deputatların sayı artmaqdadır", Kloye deyir.

İsveçrə Milli Radio və Televiziyası 2016-cı ildə deputatların əmək haqlarının ölkə üzrə əmək haqlarından cəmi 20% artıq olduğunu açıqlayıb. Lakin bütün bulara səfərlər, köməkçilər və digər xərclər əlavə edildikdə bu, daha çox olur. Parlamentin deputatı orta hesabla ildə 150 minə yaxın frank alır. Bu hər aya 12 min frank deməkdir. İsveçrədə aylıq orta əmək haqqı 6500 frankdır", Kloye Yanks deyir.​

Qeyri şəffaf maliyyə

Lakin politoloq deyir ki, İsveçrənin siyasi sistemi təkcə heyranlıq deyil, həm də tənqid üçün əsas verir. "Avropa Şurası bizi daim İsveçrədə siyasi partiyaların maliyyələşdirilməsində şəffaflıqla bağlı heç bir qanunun olmamasına görə tənbeh edir. Lakin indi bu məsələ ilə bağlı bir təşəbbüs var və bəlkə də tezliklə ölkəmiz bunu xalq səsverməsi yolu ilə həll edəcək."

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG