Accessibility links

İtaliyada körpünün dağılması səbəbi ilə ölənlərin sayı 43-ə çatıb


İtaliyada körpününü dağılması səbəbi ilə ölənlərin sayı 43-ə çatıb. Yanğınsöndürənlər bir ailə və onların 9 yaşlı qızlarının cəsədini bu gün maşının içərisində aşkar edib.

Onlar çərşənbə axşamı fəlakətindən sonra itkinlər sırasında idi. Şənbə günü 30 yaşlarında bir kişinin cəsədinin aşkar edilməsi və digərinin xəstəxanada dünyasını dəyişməsi ilə ölənlərin siyahısına əlavələr edilib.

Avqustun 18-də şəhərdə ilk dəfn mərasimi keçirilib.

Dövlətin təşkil etdiyi mərasimdə 18 ailə iştirak edib. Amma bəzi ailələr mərasimdə iştirakdan imtina edib. Onlar baş verən faciəyə görə məmurları və siyasətçiləri günahlandırırlar. Həmin ailələr ayrıca matəm mərasimi təşkil edib.

Fəlakət İtaliyanı Fransaya bağlayan yolda baş verib. Hadisə İtaliyanın Ferraqosto bayramına təsadüf etdiyi üçün yollar maşınlarla dolu olub.

İtaliyanın nəqliyyat naziri Danilo Toninelli hadisəni böyük fəlakət adlandırıb.

Morandi körpüsü 1967-ci ildə inşa edilib. 90 metlik hündürlükdə yerləşən körpünün uzunluğu 200 mertdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya qoşunları Ukraynanın şərqində yeni hücuma başlayıb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG