Accessibility links

İtaliya baş naziri: Koronavirus müharibədən sonrakı dövrdə ən çətin böhrandır


İtaliyanın şimalında Berqamo yaxınlığındakı Zoqno qəbiristanlığında ailə üzvlərinin iştirakı olmadan dəfn mərasimi keçirilir.

Koronavirusun yayılmağa davam etdiyi vaxt Avropa hazırda epidemiyanın episentridir. Edidemiyanın başladığı Çində yoluxma halları azalmağa başlayıb.

Pandemiyanın təsirinə məruz qalmış İtaliyada zəruri olmayan bütün idarə və müəssisələrin bağlanması əmr edilib.

“Müharibədən sonrakı dövrümüzdə ən çətin böhrandır” – deyə İtaliyanın baş naziri Cuzeppe Konti bildirib.

İtaliyada şənbə günü koronavirusdan ölənlərin sayı təxminən rekord 800 nəfər olub.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinə əsasən, İtaliyada 54578 koronavirusa yoluxma halı var.

Kuba İtaliyaya koronavirusa qarşı mübarizədə yardım məqsədilə həkimlər və tibb bacılarından ibarət komanda göndərib.

Avropa Komissiyası İtaliyanı ölkənin borcunun koronavirusa qarşı mübarizə məqsədilə kredit götürməsinə mane olmayacağına əmin edib. Avropa Komissiyasının sədri Ursula von der Leyen İtaliyanın Corriere della Sera qəzetinə müsahibəsində deyib: Biz başa düşürük ki, heç bir üzv ölkə bu təhlükə qarşısında tək qala bilməz. Virus sərhəd tanımır və Avropa İttifaqı biz tam həmrəy olduğumuz zaman daha güclü olur.”

Madrid şəhəri
Madrid şəhəri

İspaniyada bir həftə əvvəl 15 gün müddətində fövqəladə vəziyyət elan edilib. Cons Hopkins Koronavirus Resurs Mərkəzinə əsasən, İspaniyada 25496 yoluxma halı təsdiq edilib.

22000 yoluxma halının təsdiq edildiyi Almaniyada da virusa qarşı mübarizə səyləri gücləndilir. Xəstəxanalarda reanimasiya şöbələrində hazırda 28000 olan çarpayıların sayı artırılır, otellər müvəqqəti olaraq xəstəxanalara, reabilitasiya mərkəzlərinə çevrilir.

Britaniyada virusa qarşı mübarizə səyləri çərçivəsində ictimai iaşə müəssisələri, barlar və digər əyləncə mərkəzləri bağlanıb.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG