Accessibility links

İtaliya COVID-19-la əlaqədar fövqəladə vəziyyəti 31 dekabr tarixinə qədər uzadır


İtaliya cümə axşamı ölkədə COVID-19-un daha sürətli yoluxucu versiyası olan Deltanın ştammının artması səbəbindən yeni qaydalar elan edib.

Ölkədə son bir həftə ərzində koronavirusa yoluxmların sayı iki dəfə artıb. Hazırda İtaliyada gündəlik beş min yeni yoluxma halı qeydə alınır.

Ölkənin Baş naziri Mario Dragi yoluxmaların artmağa davam etməsindən narahat olduğu üçün 6 avqustda qüvvəyə minəcək və 31 dekabr tarixinə qədər davam edəcək yeni qaydaları açıqlayıb.

Dragi İtaliyadakı bir çox əyləncə məkanı və asudə vaxtın keçirildiyi yerlərə daxil olmaq üçün Yaşıl Girişin tələb olunacağını bildirib.

Yaşıl Giriş fərdin peyvəndlərin ən azı bir dozasını vurdurduğunu, son 48 saat ərzində virusa mənfi test verdiyini və ya yaxın günlərdə virusdan tam sağaldığını təsdiqləyir.

Yaşıl Giriş restoran və barlarda yemək yemək və açıq havadakı idman tədbirlərinə qoşulmaq üçün, eləcə də muzey, kinoteatr, iclaslar və s. yerlərdə tələb olunacaq.

Dragi eyni zamanda İtaliya iqtisadiyyatının digər Avropa ölkələrinə nisbətən daha yaxşı vəziyyətdə oluduğunu və hətta daha çox inkişaf etdiyini deyib.

O bildirib ki, Yaşıl Giriş "iqtisadi fəaliyyəti aktiv saxlamaq" baxımından vacibdir və ictimaiyətin "yoluxdurucu insanların yanında olmadığından" əmin olaraq əyləncədən zövq ala bilməsinə imkan verəcək.

Səhiyyə Naziri Roberto Speranza 40 milyon italyanın artıq Yaşıl Girişə sahib olduğunu deyib.

Digər tərəfdən gələn həftə hökümət nəqliyyatda, məktəbdə və iş yerlərində Yaşıl Girişin tələb olunub-olunmaması ilə bağlı qərar vermək üçün müzakirələr aparacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG