Accessibility links

İtaliya ilə Çin iqtisadi əlaqələrini gücləndirən razılıq əldə edib


Çin prezidenti Şi Tsinpin və İtaliyanın baş naziri Cuzeppe Konte
Çin prezidenti Şi Tsinpin və İtaliyanın baş naziri Cuzeppe Konte

İtaliya Pekinin Çini Afrika, Avropa və digər yerlərlə birləşdirən limanlar, körpülər və elektrik stansiyaları şəbəkəsini birləşdirməyi nəzərdə tutan “Kəmər və Yol” təşəbbüsünə dəstək məqsədilə Çinlə anlaşma memorandumu imzalayıb.

Baş nazir Cuzeppe Konte və Çin prezidenti Şi Tsinpin hər iki hökümətin üzvləri memorandumun 29 ayrı hissəsini imzalayandan sonra şənbə günü Romada keçirilən tədbirdə əl sıxışıblar.

Bu memorandumu imzalamaqla İtaliya Kəmər və Yol təşəbbüsünə qoşulan dünyanın yeddi ən böyük iqtisadiyyatından ibarət qrupun ilk üzvü oldu. Bundan öncə təşəbbüsə dekabr ayında Portuqaliya qoşulub.

İtaliyanın bu təşəbbüsü dəstəkləməsi ilə Çin Qərbi Avropaya mühüm çıxış və Vaşinqtonla iqtisadi müharibəsində güc əldə edəcək.

XS
SM
MD
LG