Accessibility links

İtaliya Siciliya limanına yan alan qayıqdan 150 miqrantı çıxarıb


İtaliya Siciliya limanına yan alan qayıqdan 150 miqrantı çıxarıb. Beləliklə Roma ilə Avropa Birliyi arasındakı qarşıdurmaya son qoyulub.

Əsasən Eritreadan olan miqrantlar bazar ertəsi günündən bəri Kataniadakı limanda qalmışdı. Onlar Avropa Birliyi hökumətləri ilə bəzilərinin miqrantları qəbul etmək barədə razılıq əldə edildikdən sonra qayıqdan çıxarılıb.

İtaliyanın daxili işlər naziri Matteo Salvini Albaniyanın 20, İrlandiyanın isə 20-25 miqrantın qəbuluna razılaşdığını bildirib. Qalanlarına isə İtaliyanın katolik kilsəsi tərəfindən sığınacaq verilib. Onlar vergi ödəyənlərin pulundan məhrum edilib.

İyun ayında hakimiyyətə gəldiyi gündən etibarən miqrant əleyhinə çıxış edən Salvini Siciliya prokuroroun vəzifəsindən sui-istifadə, insan oğurluğu və qeyri-qanuni həbslərə görə istintaq altında olduğunu bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG