Accessibility links

İtaliyada ölkə boyu səyahət qadağası tətbiq olunub


taliya höküməti səyahət qadağasını bütün ölkəyə tətbiq edib və nəticədə 60 milyon insan koronavirusla mübarizə səyləri çərçivəsində ölkədə ilişib qalıb.

Baş nazir Cuzepper Konte bazar ertəsi televiziyada yayımlanan çıxışında deyib ki, karantin tədbirlərini bir sözlə izah etmək olar: “Mən evdən çıxmıram.”

Daha öncə İtaliyada epidemiyanın ilk yayıldığı ölkənin şimalına səyahət qadağası tətbiq olunmuşdu. Yeni qaydaya əsasən, insanlara regionlar arası və ya digər ölkələrə yalnız sağlamlıq səbəbilə səyahət etməyə icazə veriləcək.

“Bizim vərdişlərimiz dəyişməlidir. Dərhal dəyişməlidir,” Konte deyib.

Bu dəyişikliklər çəşənbə axşamı qüvvəyə minib. İtaliyada koronavirusa yoluxma halları bazar ertəsi 9172-ə çatıb və beləliklə Çindən kənarda ən çox yoluxma hallarının qeydə alındığı ölkə olaraq Cənubi Koreyanı ötüb. İtaliyada koronavirusdan ölənlərin sayı isə 463-ə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) bazar ertəsi bildirib ki, ölümcül koronavirus o qədər çox ölkəyə yayılıb ki, “pandemiya təhlükəsiz artıq realdır.”

Lakin ÜST-ın baş katibi Tedros Adhanom Ghebreyesus bununla belə nikbinliyini də dilə gptirib və deyib ki, “dünya tarixində nəzarət altına alına biləcək ilk pandemiya ola bilər.”

Ancaq koronavirus sürətini kəsmədən yayılmağa davam edir. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, artıq 100-dən çox ölkədə koronavirusa yoluxma halları qeydə alınıb. Dünya boyu ümumi yoluxma halları 114.000-i, ölüm halları isə 4 mini ötüb keçib.

Tedros deyib ki, dünya liderləri “qətiyyətli, erkən tədbirlər” görməklə xəstəliyin yayılmasını yavaşlada, infeksiyaların qarşısını ala bilərlər. O deyib ki, “yoluxanların çoxu sağalacaq.” O həmçinin qeyd edib ki, xəstəliyin ilk ortaya çıxdığı Çində 80 min nəfərdən 70 faizi sağalıb.”

Bundan əlavə bazar günü bir kruiz gəmisi sərnişinlərdən bəzilərinin koronavirus testlərinin müsbət çıxmasının ardınca ABŞ-ın qərb sahilində, Kaliforniyanın Oaklend şəhərində karantinə alınıb.

XS
SM
MD
LG